Cennifer Lopez gözəl bədənin sirlərindən danışdı

Loading...

Əksər müğənnilər vegeterian olmağa cəhd göstərirlər.

İfaçı nəinki özü vegeteriandır, hətta pərəstişkarlarını da ətdən imtina etməyə səsləyir. Müğənni bildirib ki, bu qərarı verməzdən öncə ciddi-ciddi düşünüb. Daha sonra hər şeyi götür-qoy edərək üstünlüklərini nəzərə alıb.

Cennifer həmçinin qeyd edib ki, əvvəllər kərə yağı qida rasionunun ən əvəzedilməzi olub. Hətta vegeterian olmağa qərar verdikdə də kərə yağından necə imtina edəcəyi haqqında düşünüb və onunçun darıxıb. Ama daha sonra kərə yağına alternativ olan yağları sevməklə bunun öhdəsindən gəlməyi bacarıb.

Cennifer Lopez məsləhət görüb ki, hər kəs bitki mənşəli qidalara üstünlük versin, çünki bununla həm sağlam, həm də ideal bədən quruluşuna sahib olmaq olar.

//Axsam.az

Loading...
Şərh yaz