Ciddi pəhrizlərin ziyanı

Pəhriz
loading...

Bəzən biz artıq kiloqramlardan azad olub mükəmməl görünmək üçün ağılsız hərəkətlər edirik. Məsələn, vaxtılə məhbuslar kimi təkcə çörək və su ilə qidalanırıq.

Biz həddindən artıq ciddi qida məhdudiyyətlərinin təhlükəsindən danışacayıq.

Yay mövsümünə yaxınlaşdıqca, xanımlar gözəl görünməyə cəhd edirlər. Mümkün qədər tez arıqlamaq istəyir və rəfiqələri tərəfindən məsləhət görülmüş dəbli pəhrizlərdən istifadə etməyə başlayırlar. Deyirlər ki, bu möcüzəli pəhriz həftəyə 5 və hətta 10 kilo arıqlamağa kömək edəcək! Lakin belə sınağa razılaşaraq, unutmayın ki, pəhriz nə qədər sərt olarsa, orqanizmə dəyən neqativ nəticə o qədər də ciddidir. Sərt pəhrizlərin nəticəsində rastlaşdığımız ən yayılmış problemləri nəzərinizə çatdırırıq:

  • Enerjinin qənaəti, “ehtiyat üçün” kalorilərin yığılması: Çox vaxt ciddi pəhrizin nəticəsində itirilmiş kiloqramlar bir müddətdən sonra bərpa olunur. Hər şey olduqca sadədir: gözlənilməz və ciddi məhdudiyyətlərdən stress keçirmiş orqanizm “proqramın” sonuna yaxın fəalcasına “ehtiyat kaloriləri” yığmağa başlayır.
  • Avitaminoz: Əgər insan tənzimlənmiş qidalanırsa, onun orqanizmi bütün lazımlı vitaminləri və mikroelementləri alır. Əgər siz monodietanın tərəfdarısınızsa (yəni iki həftə ardıcıl yalnız qarabaşaqla və ya kefirlə qidalanırsınız, və ya yalnız qarpız yeyirsiniz) bu zaman orqanizm bir çox əhəmiyyətli maddələri ala bilmir və bu avitaminozla nəticələnə bilər və orqanizmdə bir sıra başqa problemlər yarana bilər.
  • Metabolizmin pozulması: Sərt pəhrizlərə riayət edərkən orqanizmdə maddələrin balansı pozula bilər ki, bu da həzm prosesinin pozulması, dəridə, dırnaqlarda və saçlarda problemlərin yaranması, dişlərin tökülməsi və s. problemlərlə nəticələnə bilər.

Belə olmaması üçün nə etmək lazımdır?

Diyetoloqların əksəriyyətinin fikirincə, qidalanmada düzgün və daimi məhdudiyyətlərlə birlikdə müntəzəm fiziki iş – ciddi pəhrizlərin sağlam alternatividir. Gündəlik rasiondan sənaye qida məhsullarını (ketçup, mayonez və s.), şirin qazlı və paketləşdirilmiş şirələri, yarımfabrikatları, piyli ətləri, konservləri və fabrik şirniyyatlarını çıxartmaq tövsiyə edilir.

Təzə tərəvəzlərdən hazırlanmış yağsız bulyonda şorbalar, qaynadılmış mal əti, hinduşka əti, meyvələr və giləmeyvələr, balla sobada bişirilmiş almalar, zeytun yağıyla xiyar və soğandan ibarət salatlar – pəhriz zamanı çox faydalı və həmçinin dadlıdır.

Əziz xanımlar unutmayın ki, pəhriz zamanı müntəzəm fiziki məşğuliyyət olduqca vacibdir.

Şərh yaz