Çillərdən qurtulmağın yolları

Çillər
loading...

Uşaqlıqda üzümüzdə olan çillər bizi o qədər narahat etməsə də, yaşla dəridə yaranan xırda ləkələr, çillər əsl problemə çevrilir. Bir çox xanımlar təbii ki, bu ləkələrdən birdəfəlik canlarını qurtarmaq istəyirlər.

Çillər – sarı və ya sarı-qonur rəngdə olan bədənin açıq sahələrində (üzdə, çiyinlərdə, boyunda, dekolte zonasında) yaranan xırda piqment ləkələridir. Əksər hallarda ilk çillər 3-5 yaşlarında peydə olur və 25 yaşadək onların konsentrasiyası pik nöqtəsinə çatır. Bir qayda olaraq, bu yaşdan sonra yeni ləkələr artıq əmələ gəlmir, lakin olanlar isə ömürlük qalır.

Çillərin yaranması dərinin piqmentasiyasının pozulmasıyla bağlıdır. Dəriyə ultrabənövşəyi şüaların təsiri artdıqca dəridə tirozin fermenti oyanır ki, o da öz növbəsində tərkibində rəngləyən piqment melanin olan melanositləri aktivləşdirir. Əgər melanin bütün bədən üzrə bərabər bölünərsə, bu zaman dərinin açıq sahələri bərabər qaralacaq, əks halda isə dəridə çillər yaranacaq. Əksər hallarda çillər sarışın göygöz və yaşılgöz və kürən saç gözəllərdə rast gəlinən ləkələrdir.

İlk çillər — yazın müjdəçiləridir

Üzdə və bədəndə çoxsaylı çillər sırf estetik bir problem sayılır. Əgər birinci parlaq günəş şüalarıyla yaranıb və payız soyuqlarının gəlişiylə yox olurlarsa, həmçinin, əgər çillər dırnağın ucundan böyük, tünd qəhvəyi-qara və ya al-qırmızı rəngdə deyilsə bu zaman ləkələr sağlamlığa heç bir təhlükə yaratmır.
Əgər sizdə heç vaxt çil olmayıbsa və birdən dərinizdə ləkələr əmələ gəlibsə, bu ehtimal edilir ki, sağlamlığınızda olan problemlərlə bağlıdır. Piqment ləkələrinin yaranmasının səbəbi hormonal dəyişikliklər (məsələn, hamiləlik zamanı), maddələr mübadiləsinin pozulması, radioaktiv və kimyəvi təsir, güclü stress, qaraciyərin xəstəlikləri ola bilər. Bu zaman mütləq terapevt həkimə müraciət etmək lazımdır. Əgər çillərdən tam olaraq azad olmaq istəyirsinizsə bu zaman dermatoloq-kosmetoloqa müraciət edə bilərsiniz.

Ev şəraitində çillərdən azad olmağın yolları:

Bir çox adi qida məhsulları sizə çillərdən azad olmağa və üz dərinizi ağartmağa kömək edəcək.

  • Süd məhsulları. Gündə iki dəfə üzünüzü qımız, kefir və ya qatıqla silin.
  • Limon. 1 stəkan sərin suya bir neçə dilim limon şirəsi sıxın və üzünüzü alınmış limon suyu ilə silin.
  • Xiyar. Sadəcə xiyarı iki yerə bölüb üzünüzü silin və 10 dəqiqədən sonra ilıq su ilə üz dərinizi yuyun.
  • Cəfəri cövhəri. Cövhəri hazırlamaq üçün cəfəri dəstəsini xırda doğrayıb üzərinə 1 litr qaynar su əlavə edin. Alınmış qarışıq soyuduqdan sonra üz dərisinə çəkin. Həmçinin cəfəri, limon və portağal şirəsindən hazırlanmış qarışıq da dərini effektiv ağardacaq.
  • Qırmızı soğan. Bunun üçün sadəcə üz dərisini kəsilmiş təzə soğanla silmək lazımdır.
  • Limon və bal. Bu qarışıq ləkələrin miqdarını azaldacaq və yenilərinin yaranmasına mane olacaq. Bunu üçün 2 x.q. xarlanmamış balı 1 limon şirəsi ilə qarışdırmaq lazımdır. Tənzif salfetləri qarışığa hopdurub 15-20 dəqiqə ərzində üz dərisinə qoymaq, sonra isə üz dərisini ilıq su ilə yumaq lazımdır.
Şərh yaz