Cinsi münasibətlərə müsbət təsir göstərən faktorlar kimi, mənfi təsirlər də mövcuddur. Xanım.net bu səbəblərdən bəzilərini diqqətinizə çatdırır:
Yuxusuzluq
Nizamlı və sağlam bir cinsi həyat üçün gündə ən azı 6 saat yatmaq lazımdır.
Depressiya
Bir çox qadının cinsi istəksizliyində böyük rol oynayır. Qadın kişi əlaqələrində olduqca mənfi təsirə sahib olan depressiyanın mütəxəssislər tərəfindən müalicə edilməsi vacib məsələlərdən biridir. Stressli bir iş həyatı kişilərdə libido səviyyəsini salmaqdadır.
İş həyatında olan stress
Evə iş gətirmək və s, əlaqələrdə qarşı cinsin gərilməsinə səbəb ola bilər. Həmin problemlərin qarşısını almaqla aktiv cinsi həyatı bərpa etmək olar.
Kökəlmək
Çəki almaq da həm fiziki, həm də ruhi mənada özünə inamı azaldan bir vəziyyət hesab olunur. Bu baxımdan qadın ya da kişidə artıq çəki olduqda özünə etibar və inam azaldığından zamanla cinsi həyatda istəksizlik halları ola bilər.
Bundan əlavə, özünə inam əskikliyi cütlərin əlaqələrində ciddi problemlər yarada bilər.
İstifadə edilən dərmanlara da diqqət yetirmək lazımdır. Əks təsirləri yorğunluq və halsızlıq olan bir dərman, cinsi əlaqənin tamamilə soyumasına şərait yaradar.