Cinsi münasibətlərin 10 qızıl qaydası

  1. Hər qadını xoşbəxt edən və zövq almasını təmin edən bir mövqe vardır. Yeni şeylər sınamaqdan çəkinməyin və ən sevdiyiniz pozanı tətbiq edin.
  2. İçinizdə gizləndiyiniz uşaq duyğularınız ola bilər. Bunları göstərməkdən çəkinməyin. Lakin bəzən sevdiyiniz mövqe və uşaq rəftarlar yoldaşımızın xoşuna gəlməyə bilər. Bu mövzunu onunla danışmalısınız.
  3. Seks üçün yumşaq, təmiz və rahat bir yer olmalıdır.
  4. Hər kəsin bəhanəsi; zaman. Lakin seks həyatınıza həyəcan qatmaq üçün bəzi fədakarlıqlar etməyiniz lazımdır. Məsələn birlikdə bir günlük tətil eşqbazlığı edə bilərsiniz.
  5. Seks mövzusunda bir başqa qadın səndən daha yaxşı deyil düşüncəsini ağlınızdan çıxarın.
  6. Seks əsnasında qayğıkeş ana və ya dost rolundan çıxın. Birlikdə yemək yediniz, ev işləri etdiniz və axşam oldu. Yatağa duş almadan girməyin. Yoldaşınız sizi bir saat əvvəl gördüyü halınızdan fərqli görsün.
  7. Nə qədər çox cinsi münasibət saxlasanız, o qədər çox seks istəyərsiniz.
  8. Orgazm təqlidi etməyin. Orgazmı asanlaşdıracaq üsulları öyrənin.
  9. Sürpriz seks bəzən çox zövqlü ola bilər, lakin planlı və hazırlıqlı seks hər zaman daha yaxşıdır. Günə başlarkən ona gecə ola biləcəklərin siqnalını versəniz həvəslə evə dönməyi gözləyəcək.
  10. Seks yetkinləşdikcə daha zövqlü hala gəlir. Təcrübə yataqda da faydalıdır. İllər içində özünüzü daha yaxşı tanıma fürsətiniz olduğundan orgazm üçün özünüzə kömək edə biləcək konsistensiyaya gələcəksiniz.

Lakin ən əsası, seksin də eşqin bir parçası olduğunu unutmayın. Hər şey yoldaşınızı sevməkdən başlayır.

Şərh et