Çirkin olmağın faydaları

loading...

Bir cüt böyük qulaq yaşlılıqda daha yaxşı eşitmək; böyük bir burun daha az infeksiya qapmaq demək…  Bəstəboy qıçların da faydası var, qalın barmaqların da…

Böyük bir burun, çömçə qulaqlar, geniş omba…
Dərd etdiyiniz bir fiziki xüsusiyyətinizin əslində sağlamlığınız üçün ‘fayda’ -lı olduğunu öyrənmək nə qədər təsəlli edici olar?

Oxford və Southampton universitetlərində icra edilən araşdırmaya görə çirkin olmanın gətirdiyi üstünlüklər…

Böyük ombaların faydaları
Araşdırmalara görə böyük omba pis xolesterolu ortadan qaldırıb, damar sərtləşmələrinə qarşı qoruyucu olan yaxşı xolesterolu yüksəldir. Oxford Universitetinin işlərinə görə böyük omba diyabet riskini də ortadan qaldırır.
Ombadakı yağlar ayrıca tampon vəzifəsini də edib yağ turşularını təmizləyir.
Dr. Konstantinos Manolopoulos:
“Yağın harada toplandığı əhəmiyyətlidir. Ombadakı və qıçlardakı yağlayar yaxşıdır amma qarın ətrafındakılar pisdir” deyir.

Kiçik məmələrin faydaları
Böyük məmələr kürəkdəki qıvrımları dəyişdirərək ağrıya səbəb ola bilir. Digər tərəfdən kiçik məmələr daha həssasdır. Viyana Universitetində edilən araşdırmaya görə böyük məmələr, kiçik məmələrdən 24 faiz daha az həssasdır. Məmə ucundan həssaslığı çatdıran sinirlər kiçik məmələrdə daha gərgin olur.

Böyük qulaqların faydaları
Böyük qulaqlar yaşlanmaqla birlikdə yaranan eşitmə itkisini önləyə bilər.
Dr. Ralph Home “Qulağımızın xarici qisimi, səsləri müəyyən bir yerə toplama mövzusunda əhəmiyyətli rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əllərini qulağının arxasına qoyduğunu görərsiniz. Qulaq daha böyük olduğunda qulaq kanalınıza daha çox səs axışı olduğu doğrudur” deyə açıqlayır.

Qalın barmaqların faydaları
Gözəl görünməsələr də bir Hobbitin barmaqlarına sahibsinizsə özünüzü şanslı saymalısınız. Elm adamlarına görə qısa barmaqlar insanların daha yaxşı qaçmaqlarına kömək edir. Uzun barmaqlarsa funksiya görmək üçün daha çox enerji tələb edir.

Wale Universitetindən Dr. Ian Bezodisan “Biyomexanik baxımından, bir sümük ya da parça daha uzundursa hərəkət etmək üçün daha çox gücə ehtiyac duyar” deyir. Uzun barmaqlılar daha elastik tirlərə sahib olmalarından ötəri daha çox yaralanmağa da məruz qalır.

Bəstəboy qıçların faydaları
Chicago Universiteti ilə New Yorkdakı Beynəlxalq Uzun Ömür İşləri Mərkəzinin araşdırmaları qısa qıçların daha qalın sümüklü olduğunu, bunun sağlam yaşlılıq üçün əhəmiyyətli olduğunu göstərir.
Aberdeen Universitetindən ostropoz mütəxəssisi Prof. David Reid, “İnsanlardakı osteoporoz və ya irəli yaşlardakı sümük qırılmaları sümük sayıyla əlaqədardır. Bəzi qırılma növləri üçün, daha böyük sümüklərə sahib olmaq üstünlükdür” deyir.

Böyük burnun faydaları
Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz parçacıqlarını və bakteriyaları tənəffüs etməmizi maneə törədir. Araşdırmacılar böyük burunların toz parçacıqlarını və bakteriyaları içinə 7 faiz daha az çəkdiyini göstərir. Böyük burunlar eyni zamanda soyuqdəymənin təsirlərini də azaldır.

loading...
Şərh yaz