Çox yaşamağın sirri

Uzun ömür
loading...

Cənubi Kaliforniya universitetinin professoru, doktor Deyvid Aqus xərçəngin öyrənilməsi üzrə ən məşhur dünya mütəxəssislərindən biridir. O həmçinin müalicə və xəstəliklərin profilaktikasına öz qeyri-ənənəvi yanaşmaları ilə məşhurdur. Bu yaxınlarda Aqus insanlara uzunömürlü olmağa və sağlam həyat yaşamağa kömək edəcək məsləhətlər və tövsiyələrdən ibarət kitab dərc edib (A Short Guide To A Long Life). Bu kitabdan bir neçə məqamı sizin diqqətinizə çatdırırıq.

Tam olaraq çılpaq vəziyyətdə güzgüyə baxın

Bu bədəndə əvvəl olmayan və yeni yaranmış dəyişiklikləri görməyə imkan yaradacaq. Vaxtaşırı bədəninizi, saçlarınızı, dırnaqlarınızı, dişlərinizi müayinə edin.

Hündür daban ayaqqabılardan imtina edin

Hündür dabanları olan narahat ayaqqabılar ayaqların iltihabi prosesini yarada bilər. Bundan əlavə belə ayaqqabılar xərçəng, diabet, ürək və digər xəstəliklərin yaranmasına gətirə bilər və bütövlükdə orqanizmə neqativ təsir göstərə bilər.

Səhərlər bir fincan qəhvə için

Bir sıra alimlər hesab edir ki, qəhvənin istifadəsi bu və ya digər xəstəliklərə səbəb olur, amma eyni zamanda digər alimlərin fikrincə qəhvə orqanizmə xeyirlidir. Aqus məhz sonuncu fikirdə olan alimlərə qulaq asmağa çağırır.

Hər gün eyni vaxtda qidalanın

Orqanizmə təzyiqi azaltmaq üçün gündəlik rejimə riayət etmək vacibdir. Siz orqanizminizi saat 13:00-da nahar edəcəyinizə öyrəşdirdiyiniz halda orqanizm məhz qidanı bu saatda qəbul etməyi gözləyəcək. Əgər siz bu vaxt yemək yeməyəcəksinizsə, onda aclıq hissindən başqa, həm də orqanizmdə enerjinin saxlanmasına və maddələr mübadiləsi üçün cavab verən hormon kortizolun çoxalmasına səbəb olacaqsınız. Vaxtında qida qəbul etmədiyiniz halda siz həm də mükəmməl çəki saxlaya bilməyəcəksiniz və buradan da digər xəstəliklərə yol açılacaq.

Tez-tez yerinizdən durun!

Oturaq həyat tərzinin bir sıra xəstəliklərnən əlaqəli olmağı artıq sübut edilib. Oturaq həyat tərzi piylənməyə, diabetə, ürək xəstəliklərinə və vaxtından əvvəl ölümə gətirib çıxardır. Oturaq işlə məşğul olan insanlara olduqca tez-tez ayağa qalxmaq lazımdır.

Qamətinizi düzəldin.

Əks halda boyunuzda, onurğalarınızda problemlər yarana bilər, baş ağrıları, oynaqların iltihabı, əzələlərdə ağrılar, nəfəsdə çətinliklər, həzmlə problemlərə və s. narahatçılıqlar ortaya çıxa bilər.

Hər gün 1 həb aspirin qəbul edin. Bəli-bəli, düzgün oxudunuz. Aqus iddia edir ki, çoxsaylı tədqiqatlar sübut edib ki, hər gün bir ədəd aspirin həbi ürək xəstəliklərinin yaranma ehtimalını aşağı salır, həm də bir sıra başqa xəstəliklərə qarşı əla profilaktik vasitədir. Məsələn gündə 75 qram aspirin 46% böyrəklərdə xərçəng xəstəliyin yaranma ehtimalını azaldır. Amma aspirində əlavə təsirlər də var, buna görə əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Təzə dondurulmuş tərəvəzlərə və meyvələrə keçin. Aqusun fikrincə tərəvəzlər və meyvələr mağazanın piştaxtasına düşərkən, artıq bütün faydalı komponentlərini itirirlər, lakin dondurulmuş meyvə və tərəvəzləri ləklərdən və ya ağacdan yığan kimi dərhal dondururlar, buna görə də onların tərkibində daha çox faydalı elementlər var.

Vitaminli əlavələri unudun!

Bu məqamı əsaslandıraraq, professor vitaminli əlavələrin istifadəsini xərçəng xəstəliyi ilə bağlayan tədqiqatlara istinad edir.

Dünyaya uşaq gətirin. Siz uşaq böyüdərkən həm fiziki planda, həm də təfəkkür fəaliyyətində subaylardan daha çox aktiv olursuz.

Şərab için

Xüsusilə: qırmızı şərab. Qırmızı şərabın istifadəsi ürək xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır. Aqusun fikrincə qadınlar gündə bir qədəh, kişilər isə gündə iki qədəh şərab içməlidir.

Gülümsəyin!

Bu sizin həm əhval-ruhiyyənizi yaxşılaşdıracaq, həm də bir çox xəstəliklərin səbəbi stressin səviyyəsini azaldan endorfinin və serotoninin axınını sürətləndirəcək.

loading...
Şərh yaz