CV-niz cəlbedicidirmi?

CV -niz cəlbedicidirmi?
loading...

Bir iş üçün müraciət edirsiniz və CV-niz işə götürənin önünə gəldi. Bəs CV- niz bu testi müvəffəqiyyətlə keçə biləcəkmi?

İlkin addım
  1. CV -niz originaldırmı , yoxsa bir başqa mənbədən istifadə olunub?
  2. Kifayət qədər aralıqlardan istifadə olunaraq, hissələri aydın şəkildə müəyyən olunmuş və forma olaraq oxuma istəyi yardırmı? Professional şəkildə dizayn olunmuşdurmu?
  3. Müraciət etdiyiniz ixtisasa nə qədər uyğun olduğunuzu göstərən bir hissə varmı?
  4. Həcmi və ümumi görüntüsü iş təcrübənizə, karyeranıza və hədəflərinizə uyğundurmu?
  5. Xoş təsir bağışlayan və incə bir təqdimatı varmı?
  6. Yazı şrifti dizayna uyğundurmu və rahat oxumanı təmin edirmi? Bütün mətn boyunca eyni yazı şrifti və standart boşluqlardan istifadə edilibmi?
  7. Maddələnmə işarələri qalın və xüsusi cizgilərdən istifadə olunaraq oxucunu yönləndirməyə və xüsusi məqamları vurğulamağa xidmət edirmi?
  8. Yazının tutduğu hissə ilə boş hissələr arasında bir tarazlıq varmı? ( Boşluqlar oxuyucuya rahatlıq verir, amma tarazlığı qorumaq lazımdır. )
  9. Yazıların başlanğıc və sonluğu düzgün hədəflənmişdirmi?
Bölmələr
  1. Bütün bölmələrin sinifləndirilməsi aydın şəkildə qurulubmu?
  2. Bölmələr ən güclü xüsusiyyətlərinizi qabarıq göstərəcək şəkildə sıralanıbmı?
  3. İş təcrübələriniz ən sonuncusundan başlayaraq sıralanıbmı?
Karyera hədəfi
  1. Karyera hədəfinizə, ilkin olaraq bir başlıq altında, hədəflərinizdən və bacarıqlarınızdan qısaca bəhs ediləcək yer verilmişdirmi?
  2. CV- niz müəyyən bir karyera hədəfinə uyğun olaraqmı yoxsa hər işə uyğun olmasını təmin edəcək şəkildə hazırlanmışdır?
  3. Karyera istiqamətinizi deyişmək üçün hədəflənmiş CV-dirsə bu aydın şəkildə göstərilibdirmi? Təcrübələrinizin yeni karyeranıza uyğun olduğu bəlli olurmu?

Müvəffəqiyyətlər

  1. Müvəffəqiyyətlərinizin hamısına yer verilmişdirmi?
  2. Müvəffəqiyyətləriniz rəqəmlərlə göstərilibmi ( məsələn faiz, toplam hissə və ya digər ölçülərlə)
  3. Müvəffəqiyyətinizin nə olduğu güclü ifadələr istifadə olunaraq vurğulanmışdırmı?
  4. Məsuliyyətinizlə müvəffəqiyyətiniz bir-birindən ayrılmışmı?
  5. Yer verdiyiniz xüsusiyyətlər müraciətdə tələb olunan xüsusiyyətlərə uyğundurmu?
  6. CV-nizin tərkibi karyera hədəfinizi dəstəkləyirmi?
  7. Müraciət etidiyiniz sektordakı terminləri anlaşıqlı və diqqəti cəlb edəcək şəkildə istifadə etmisinizmi?
  8. Müraciət etdiyiniz işlə əlaqəsi olmayan müvəffəqiyyətləriniz və mükafatlarınıza yer vermədiyiniz halda əlaqəli və təsiredici olanlara yer vermisinizmi?
Yazı tərzi
  1. “Mən etdim” ” Mənim müvəffəqiyyətimdir” kimi ifadələrdən istifadə etməməli.
  2. Tərkib olaraq məntiqi şəkildə sıralanmış və axıcı olmalıdır.
  3. İmla və qrammatik səhvlər olmamalıdır. İndi CV-nizə bir də təkrar diqqət edin!
loading...
Şərh yaz