Dadli kök keksi

1234
loading...

Ərzaqlar:

  • Yumurta – 2 ədəd
  • Şəkər – 1 stəkan
  • Kök – 250 qr
  • Un – 1 stəkan yarım
  • Xəmir qabardan toz -1 çay qaşığı
  • Darçın – yarım çay qaşığı
  • Kərə yağı – 100 qr
  • Xama – 80 qr

Hazırlanması:

Kökü yuyun, təmizləyin, xırdagözlü sürtgəcdən keçirin, əlinizlə şirəsi çıxana kimi sıxın. Şirəni içə bilərsiz, amma kök keksə lazımdır. Yumurtanı mikserdə köpüklənənə kimi 4 dəqiqə çalın. Üzərinə şəkər tozu əlavə edib, bir daha mikserdə qarışdırın. Bu qarışığa yağı və xamanı əlavə edib, yenə mikserdə çalın.

Unu qabartma tozu ilə qarışdırıb xəmir yoğurun. Sonra xəmirə kök və darçını qatıb qarışdırın. Xəmiri keks üçün dairəvi formalara doldurub, 200 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirin. Hazır olmasını kibrit çöpünü batırmaqla bilmək olur. Çox dadlıdır.

Şərh yaz