Darçının faydalı xüsusiyyətləri

loading...

Darçın ağacının qabığını insanlar qədimdən bəri istifadə edirlər. O vaxtlar darçını yalnız ən təmin edilmiş təbəqələr istifadə edə bilərdi, çünki o zaman bir kilo darçın üçün bir kilo qızılın dəyərini ödəmək lazım olurdu.

Müasir zamanda bu ədviyyat baha olmasa da, çox vaxt onun saxta variantlarına rast gəlinir. Bu səbəbdən darçın alarkən üyüdülməmiş, çubuq şəklində olan variantlara üstünlük vermək lazımdır.

Darçının müalicəvi xüsusiyyətləri

Darçının ən  gözəl xüsusiyyətlərindən biri onun güclü qadın afrodiziakı olmasıdır. Vanil ilə qarışıqda darçın daha güclü təsirə malik olur. Buna görə vanil və darçınla hazırlanmış isti şokolad qadınlarda arzu və ehtiras hisslərini oyadır.

Qidaya əlavə edilmiş darçın iştahı qaldırır, həzmi yaxşılaşdırır və mədəni bərkidir. Tərlədici və bəlğəm gətirən vasitə rolunda çıxış edərək darçın qrip və soyuqdəymə vaxtı da çox yaxşı kömək edir. Darçın əzələlərdə, böyrəklərdə və qaraciyərdə olan ağrı və diş ağrısını azaltmağa, qızdırmanı aşağı salmağa kömək edir.

Tərkibinə darçın daxil olan dərmanlar depressiyanı və nevrozları yox edir, bütovlükdə yaddaşı və beyinin işini yaxşılaşdırır. İnsultdan sonra, ağciyər xəstəlikləri, xroniki bronxit və pozulmuş qan dövranı vaxtı darçın əvəzsiz vasitədir. Öskürəkdən qurtulmaq üçün özünüzə darçınlı çay hazırlaya bilərsiniz. Çayın tərkibinə darçından başqa kardamon, zəncəfil və mixək əlavə edə bilərsiniz.

Darçın yağı diabet xəstəliyinin müalicəsi və profilaktikası vaxtı kömək edir.

Qışda faydalı və xoş ədviyyəli çay içib həm isinə, həm də soyuqdəymədən qoruna bilərsiniz. Çayı hazırlamaq üçün portağal qabığı və darçın çubuğunun üzərinə qaynar su töküb on dəqiqə ərzində dəmləyin.

Darçının kosmetik xüsusiyyətləri

  1. Saçların bərkidilməsi və üz dərisinin cavanlaşması üçün 1 x.q. zeytun yağında bir damcı darçın esensiyasını həll edib alınmış qarışığı təmiz baş və ya üz dərisinə çəkin. Maskanı iyirmi dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyub təmizləyin.
  2. Darçın sellülit ilə mübarizədə də kömək edir. Bunun üçün adi qidalandırıcı kremin tərkibinə 5 damcı darçın yağı əlavə edib problemli bədən nahiyəsinə çəkin, üstündən isə nazik paket vurun. Yarım saatdan sonra kremin qalıqlarını ilıq su ilə yumaq olar.
  3. Darçın, zeytun yağı və şəkərdən hazırlanmış skrab ilə dərinin dərin təmizləməsini həyata keçirmək olar.
  4. Darçın arıqlamağa kömək edir. Darçın həmçinin aclıq hissini zəiflədir. Arıqlamaq üçün darçını qəhvə və ya sıyığın tərkibinə əlavə etmək olar.

Darçının aşpazlıqda istifadəsi

Darçının dadı şirintəhər, ətri isə xoş və zərifdir. Bu səbəbdən darçın tez-tez piroqlara, tortlara, çərəzlərə və kremlərə əlavə edilir. Darçın təzə və bişirilmiş meyvələrlə də yaxşı uyğunlaşır, çayın və qəhvənin tərkibində dadlı olur, mürəbbəyə, kompota çox gözəl dad verir.

Şərh yaz