Deputatın oğlunun toyunda gəlin “qızıla boğuldu”

loading...

Türkiyədə hökumətdə olan Ədalət və İnkişaf partiyasından millət vəkili seçilmiş Seyid Eyyuboğlunun oğlunun toyunda maraqlı hadisə yaşanıb.

Xanim.net, Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur “ATO Congresium”da keçirilən toy mərasimində tanınmış siyasətçilər və məşhur müğənnilər də iştirak ediblər. Ancaq toyda ən maraqlı olan gəlinə həduyyə edilən qızıllar olub. Adət üzərinə hədiyyə qızılların gəlinə taxılması ona çətin anlar yaşadıb. Belə ki, qızılların ağırlığından hərəkət etməkdə çətinlik çəkdiyini deyən gəlin bir dəfə də büdrəyib. Bunu görən gəlinin yaxınları qızılları gəlinin üzərindən çıxarıblar.

Toy mərasimində həmçinin şabaş şəklində atılan “100”lük dollarlar da nəzərdən qaçmayıb.

Onu da qeyd edək ki, hal-hazırda Türkiyədə iki nazirin oğlu və bir çox hökumət nümayəndəsi rüşvət əməliyyatında həbs edilərək haqlarında istintaq aparılır.

loading...
SHARE
Şərh yaz