Dəri üçün gənəgərçək yağı

loading...

Gənəgərçək yağı xırda qırışlarla mübarizə aparır, quru və həssas dərini qidalandırır və yumşaldır.

İlıq gənəgərçək yağını az miqdarda masaj xətlərinə uyğun masaj edərək üzünüzə sürtün. Hopmağa imkan verin. İki saat sonra yağın artıqlarını pambıq tamponuyla silin. Qızdırılmış gənəgərçək yağı ilə masaj xüsusilə 30 yaşdan sonra qadınlara faydalıdır.

Həmçinin gənəgərçək yağını üz üçün istifadə etdiyiniz kremlərə 1-2 damcı əlavə etmək olar. Bu dərini gözə çarpan dərəcədə daha yumşaq edəcək, üzün rəngini yaxşılaşdıracaq. Yalnız nəzərə alın ki, istənilən yağ dərinizə hopa bilər. Buna görə 10 gündə bir üz dərinizi pilinq etməyi unutmayın.

Dərinin istənilən tipi üçün universal maska. Bu sadə maska sizin dərinizi həmişə təzə və parıldayan qalmasına kömək edəcək. 1 xörək qaşığı gənəgərçək yağını təzə yumurta sarısıyla çəngəllə azca çalırlar, sonra qarışığı üzə maska şəklində qoyurlar 30 dəqiqə keçəndən sonra şəxs üzü isti suyla yaxalamaq lazımdır.

Şərh yaz