Dəri üçün təmizləmə reseptləri

Südlü zərdab

  • Tələb olunur: südlü zərdab.
  • Hazırlama qaydası: bir tikə pambığı zərdabda islatmaq.
  • Tətbiqetmə. Üzü silmək, 15-20 dəqiqədən sonra sərin su yuyunmaq.

Soyuq süd

  • Tələb olunur: 30 ml süd, 30 ml su.
  • Hazırlama qaydası: soyuq südü su ilə qatmaq.
  • Tətbiqetmə: Pambıq tamponunu durulaşdırılmış süddə isladıb, üzü sil-mək.

Cəfəri həlimi

  • Tələb olunur: 200 q cəfəri göyərtisi, 500 ml su.
  • Hazırlama qaydası: cəfəri göyərtisini xırdalamaq, üzərinə su tökmək, oda qoymaq və 15 dəqiqə qaynatmaq. Süzmək. Həlimi soyuducuda saxlamaq.
  • Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.

Əzvay həlimi

  • Tələb olunur: 3 iri əzvay yarpağı, 1,5 litr su.
  • Hazırlama qaydası: əzvay yarpaqlarını soyuducuda 7 gün saxlamaq, yumaq və üzərinə soyuq su tökmək, 2 saat saxlamaq. Vaxt tamam olduqda zəif odda qaynadıqdan sonra daha 5 dəqiqə qaynatmaq. Hazır həlimi süzmək, soyutmaq. Soyuducuda saxlamaq.
  • Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.

Əzvay tərkibli losyonla qulluq solğun quru dəri üçün xüsusən xeyirlidir. Qeyd olunan şəraitdə müalicəvi otlarla üzü silmək də az effektli deyil.

Kətan toxumu həlimi

  • Tələb olunur: 1 çay qaşığı kətan toxumu, 250 ml su.
  • Hazırlama qaydası: toxumların üzərinə soyuq su tökmək, oda qoymaq, qaynama həddinə çatdırmaq və 15 dəqiqə qaynat-maq. Soyutmaq, süzmək.
  • Tətbiqetmə: Qabıq verən dəri sahiblərinin yuyunmasında istifadə etmək.

Cökə çiçəyinin həlimi

  • Tələb olunur: 1 çay qaşığı cökə çiçəyi, 250 ml su.
  • Hazırlama qaydası: xammalın üzərinə su əlavə etmək, zəif oda qoyub, 15 dəqiqə qaynatmaq. Soyutmaq, süzmək.
  • Tətbiqetmə: Quru dərini yuyarkən istifadə etmək.

Müalicəvi otların həlimi

  • Tələb olunur: eyni miqdarda çobanyastığı, sürvə, cökə çiçəyi, 500 ml su.
  • Hazırlama qaydası: 2 xörək qaşığı qatışığın üzərinə qaynar su əlavə edib, qaz plitəsinə qoymaq və zəif odda 15 dəqiqə qaynatmaq. Həlimi soyudub süzmək.
  • Tətbiqetmə: Dəriyə elastiklik vermək üçün yuyunmada isti-fadə etmək.

Nanə həlimi

  • Tələb olunur: 1 xörək qaşığı xırdalanmış nanə yarpağı, 200 ml su.
  • Hazırlama qaydası: nanənin üzərinə qaynar su töküb yarım saat odda saxlamaq. Süzmək.
  • Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.

Qarpız ləti

  • Tələb olunur: 1 dilim qarpız.
  • Hazırlama qaydası: qabığını kəsmək.
  • Tətbiqetmə: Qarpız lətilə üzü silmək.

Sodalı təmizləyici vasitə

  • Tələb olunur: 50 qram yulaf lopaları, 1 çay qaşığı soda, süd.
  • Hazırlama qaydası: lopalan blenderdə xırdalamaq, soda ilə qarışdırmaq. Qarışığı ilıq südlə xama qatılığınadək  durulaşdırmaq.
  • Tətbiqetmə: Vasitəni masaj hərəkətlərilə üzə və boyuna sürtmək. İlıq su ilə yumaq.

Nişastalı su

  • Tələb olunur: 1 çay qaşığı nişasta, 1 litr su.
  • Hazırlama qaydası: nişastanı 1 xörək qaşığı soyuq suda həll etmək, bir az qaynar su əlavə etmək və qarışdırmaq. Sonra qarışığı qalan ilıq su ilə durulaşdırmaq.
  • Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Şərh yaz