Dəriniz neçə yaşındadır?

Dəriniz neçə yaşındadır?
loading...

Dəri gözəlliyiniz sizin qidalanma vərdişiniz, həyat tərziniz və dəri baxım üsullarınızla əlaqəlidir.

Sağlam və gənc bir dəriyə sahib olmanın sirri yalnız bahalı dəri baxım məhsullarını istifadə etmək deyil əlbəttə. Aşağıdakı maddələr erkən dəri yaşlanmasını tətikləyən faktorlardır. Qələmi əlinizə alın və kiçik testimizə başlayın!

Bəslənmə vərdişlərinizin, həyat tərzinizin və genlərinizin rolu olduqca əhəmiyyətlidir.

Sizə uyğun gələn hər vərdiş və şərt üçün özünüzə 1 bal verin:
  • Diyabet kimi xroniki xəstəliklər
  • Osteopenia (aşağı sümük sıxlığı)
  • Uzun sürən dərman müalicəsi
  • Menopoz dövrü
  • 40 yaşından əvvəl cərrahı müdaxiləylə menopoz
  • Müvəffəqiyyətsiz sızanaq müalicəsi
  • Müvəffəqiyyətsiz rosacea( yanaqlarda və burunda görülən sıznaqa bənzər dəri xəstəliyi) müalicəsi
  • Solğun, çilli bir dəri
  • Məsaməli ya da xallı bir dəri
  • 35 yaşdan əvvəl fərq edilər dərin xəttlər
  • Obezite
  • Həddindən artıq zəiflik
  • Keçmişdə zəif bəslənmə
  • Keçmişdə həddindən artıq tez bazar istehlak
  • Tərkibində qatqı maddəsi olan qidaların həddindən artıq istehlakı və ya meyvə -tərəvəzin az istehlakı
  • Yağlı qidalar istehlak etmə
  • Siqaret istifadə etmək
  • Həddindən artıq spirt istehlak etmək
  • Keçmişdə həddindən artıq idman etmək
  • Hərəkətsiz bir həyat tərzi
  • Stressli həyat tərzi
  • Xərçəngə çevrilə biləcək yaralar və ya dəri xərçəngi
  • Gündə 6 saatdan az yatmaq
  • Keçmişdə həddindən artıq miqdarda günəş şüalarına məruz qalma, bronzlaşa bilməmək
  • 20 yaş əvvəlində su yığacaq şəkildə günəş yanığı
  • Nadir olaraq günəş qoruyucusu istifadə etmək
  • Solariya girmək
  • Qeyri-kafi və gigiyenik olmayan dəri baxımı ya da nəmləndirici istifadə etməmək
  • Ananızın dərisinin erkən qocalmış olması

Nəticələr:

Əldə etdiyiniz balları yığın və aşağıdakı nəticələrə görə dərinizin həqiqi yaşını öyrənin

21-dən 30-a qədər
Dərinizin yaşını öyrənmək üçün indiki yaşınıza 10 əlavə edin. Ortaya çıxan bu yaş dərinizə nə qədər laqeyd yanaşdığınızı göstərir.

14-dən 20-ə
Dərinizin yaşını öyrənmək üçün indiki yaşınıza 6 əlavə edin. Kafi dərəcədə sağlam bir həyatınız olmasına baxmayaraq, həyat tərzinizdə dəyişdirməniz lazım olan bəzi vərdişlərin olduğu həqiqətdir.

6-dan 13-ə
Dərinizin yaşını öyrənmək üçün indiki yaşınıza 3 əlavə edin. Gerçək yaşınız və dəri yaşınız arasında çox çox bir fərq olmamasına baxmayaraq, bəzi sağlamlıq vərdişlərinə laqeyd yanaşmayın.

0-dan 5-ə
Dəriniz indiki yaşınıza bərabərdir. Təbriklər! Sağlam yaşlanırsınız və dəriniz sağlam həyatınızın sanki bir aynasıdır.

loading...
Şərh yaz