Diabet xəstəliyi və hamilələrə təsiri

loading...

Qan şəkərinin yüksəkliyi ilə qeydə alınan diabet xəstəliyi, bütün dünyada sürətlə artmaqdadır. İnkişaf etmiş ölkələrdə artım daha çoxdur. İrsi meyillilik, yüksək kalorili və yağlı qidalanma, artıq çəki və hərəkətsiz həyat tərzi xəstəliyin başlıca səbəblərindəndir. Diabet xəstəliyin tipinə və xəstənin şəkər səviyyəsinə görə yalnız idman və pəhrizlə normada saxlana bilər. Eyni zamanda burada insulin müalicəsi də lazım ola bilər.

Hamiləlikdə 2 cür qan şəkəri problemi ola bilər. Birincisi hamiləlikdən əvvəl diabet xəstəsi olub sonradan hamilə qalanlar, digəri isə hamiləlik zamanı, əsasən də hamiləliyin son 3 ayında maddələr mübadiləsində yaranan dəyişikliklərlə əlaqədar qan şəkərinin yüksəlməsi ilə bağlı yaranan problemdir. Buna hamiləlik diabeti (gestasionel) deyilir.

Ana olmağa hazırlaşan diabet xanımlarda təhlükənin ölçüsü, qan şəkərinin nəzarətindən asılıdır. Hamiləlikdən əvvəl və hamiləlik dövründə ana namizədinin qan şəkəri normal həddə saxlanarsa həm ananı, həm də körpəsini böyük təhlükə gözləməz.

Diabet olan anaların hamiləlik prossesi necə aparılır?

Şəkər xəstəsi olduğu əvvəlcədən bilinən hamilələrin normal müalicələri aparıldıqdan sonra bütün bədən sistemləri ətraflı şəkildə nəzarətdən keçirilir. Göz dibi müayinəsi və nevroloji müayinə aparılır. Bu cür hamilə qadınlar daha tez-tez müayinəyə çağırılır. Yoxlamaların hər birində qan şəkəri yenidən qiymətləndirilərək insulin müalicəsinin fəaliyyəti nəzarətdən keçirilir. Lazım olarsa insulinin dozası yenidən artırılır.

Ağlınıza  gələn bir sual:

Diabet olan anaların uşaqları da diabet olaraqmı doğulur?

Xeyr. Diabet olan anaların uşaqları şəkər xəstəsi kimi doğulmayacaq. Eyni zamanda, şəkər xəstəliyi ailə içində yayıldığı üçün belə uşaqlar yetkinlik yaşına gələndə şəkər xəstəsi ola bilərlər. Uşaq doğulduqdan sonra ananın şəkər xəstəliyi keçir. Qanda olan qlikoza səviyyəsinin

normal vəziyyətinə qayıtdığından əmin olmaq üçün doğumdan 6 həftə sonra xüsusi qan qlikoz testi edilir. Həmçinin, hamiləliklə bağlı şəkər xəstəliyi olan qadınların gələcəkdə şəkər xəstəsi olmaq ehtimalı da yüksəkdir.

Qan şəkəri nəzarət altında saxlanmayan ana namizədlərini hansı təhlükələr gözləyir?

Hamiləlikdən əvvəl və hamiləliyin ilk 8 həftəsində qan şəkərinin səviyyəsi nəzarət altına alınmayan ana namizədlərində uşağı düşürmə, anadangəlmə anormallıqlar, böyük uşaq dünyaya gətirmə və təzyiq kimi ciddi problemlər qeydə alına bilər. Belə anaların uşaqlarında isə qarında ölüm, böyüklüyə görə doğum travması, tənəffüs çətinliyi və intensiv qulluq ehtiyacları daha yüksək olur.

Diabet olan anaların körpələrində, normal halda; anadangəlmə ürək anormallığı 18 dəfə, onurğada açıqlıq olması (spina bifida) riski 15 dəfə artıqdır. Bütün hamilələrə təklif olunan və hamiləliyin 20-23-cü həftələri arasında, öz sahəsində təcrübəli bir mütəxəssis tərəfindən aparılan ultrasəsin əhəmiyyəti, belə hamilə qruplar üçün çox əhəmiyyətlidir.

Hamiləlik şəkəri nədir?

Hamiləlik əsnasında iki cür qan şəkəri problemi yarana bilər:

  1. Hamiləlikdən əvvəl diabet xəstəliyinə yaxalananlar,
  2. hamiləlik dövründə, əsasən də hamiləliyin son 3 ayında

maddələr mübadiləsində yaranan dəyişikliklərlə bağlı qanda şəkərin səviyyəsinin yüksəlməsi prossesidir.

Əvvəl şəkəri olmayan qadınlarda hamiləlik dövründə diabetin yaranması prossesidir. Hamiləlikdəki hormonoloji dəyişikliklər, uşağa lazım olan şəkər və qidaları təmin etməyə yönəlmişdir. Məqsəd ananın qan şəkərini yüksək tutmağa çalışmaqdır. Bu təsirlər, körpənin ehtiyacının daha çox olduğu 6-cı aydan sonra yaranır.

Maddələr mübadiləsində diabetə meyilli olan bəzi ana namizədlərində, qan şəkərində belə artım gözləniləndən daha çox olur və hamiləlik diabetini yaradır. Ana namizədlərinin yüzdən altı, yeddisində hamiləlik diabeti dediyimiz gestasionel diabetə rast gəlinir. Hamiləlikdə yaranan şəkər xəstəliyi ana namizədlərinə ziyan verməz, lakin körpə üçün zərərlidir.

Ana namizədinin xəstəliyi yüksək həddə deyilsə, şəkər müayinəsi 24-28-ci həftələr arasında aparılır. Hər hansısa risk faktoru varsa, incələmə hamilə müayinəyə gəldiyi ilk gün aparılmalıdır.

Necə müəyyən və müalicə edilir?

Test aparılır. Bu, iki mərhələdə olur. İlk olaraq, 50 q qlikoz qəbul etdikdən 1 saat sonra qan şəkəri yoxlanılır. Nəticə 140 və daha yüksəkdirsə bu hamilələrdə 100 q qlikoz ilə 3 saatlıq yükləmə testi aparılır. İlk testi apardığımız hamilələrin yüzdən 10-15-də yükləmə testi lazım gəlir. Yükləmə testi aparılanların da yüzdən 20-40-da hamiləlik şəkəri diaqnozu qoyulur.

Xəstəliyə qarşı müalicə olunmayan analarda iri uşaq, doğuş travması, sarılıq və intensiv qulluğa ehtiyac kimi məsələlərə daha çox rast gəlinir. Hamiləlik diabetinin uşaq və doğum fəsadlarından başqa, əhəmiyyət vermədiyimiz daha bir xüsusiyyəti var.

Bu, xanımların doğuşdan sonrakı həyatlarında, şəkər xəstəliyinə yoluxma riskləri normaldakına görə daha çoxdur. Belə hamilələrə doğuşdan 6 həftə sonra test edilərək yoxlama altında saxlanmalı, əgər şəkər çıxmazsa daha sonra müəyyən fasilələrlə həmin testlər yenidən  dilməlidir. Artıq çəkiləri varsa, çəki vermələri, normal çəkidə olanlara isə artmamağı məsləhət görülür.

Görülən işlər bu uşaqların yalnız doğuş zamanı deyil, daha sonrakı həyatlarında da kilolu və diabetə yaxın olduqlarını göstərir. Göründüyü kimi, hamiləlik şəkərini tanımaq və müalicə etmək yalnız hamiləlik və doğum prossesində deyil, gələn nəsillərə də aid olan sağlamlıq məsələsidir. Belə xəstələrin yüzdən 80-də müayinəni sadəcə pəhrizlə də aparmaq mümkündür.

Dietoloqlar tərəfindən ananın yaşına, boyuna və çəkisinə əsasən qidalanma vərdişlərinə görə normaldan yüzdə 30-35 daha az kalorili, karbohidrat, yağ və zülal faizləri nizamlanmış bir proqram hazırlanır. Az-az və tez-tez yemələri məsləhət görülür. Qlisemik indeksi yüksək olan qidalardan qaçmaq məsləhətdir.

 

Hamiləlik şəkərində həm ana, həm də uşaq, meydana gələbiləcək problemləri əvvəlcədən bilmək üçün, normaldakından daha çox nəzarətdə olmalıdır.

 

Qidalanmağa diqqət!

Qlisemik indeksi yüksək olan qidaların qəbulunu məsləhət görülmür. Bunlara kartof, düyü, bişmiş yerkökü, üzüm, əncir, banan, yemiş, qarpız, tut, xurmanı misal göstərə bilərik. Davam edən müddət ərzində xəstə-dietoloq-həkim münasibəti çox əhəmiyyətlidir. Müayinədən iki həftə sonra, istənilən qan şəkərinin normal səviyyəsi əldə edilməyən xəstələrə, insulin müalicəsi başlanır. İnsulin müalicəsinə başlayan xəstələrin müayinələri daha tez-tez aparılmalıdır. Çünki, bu müalicə müddətində yarana biləcək ciddi qan şəkərinin düşməsi uşaq və ana üçün həyati təhlükə yarada bilər.

 

Doğuş vaxtının müəyyən edilməsi və doğum forması necə olmalıdır?

Hamiləlik şəkərində həm ana, həm də uşaq, yarana biləcək problemləri əvvəlcədən bilinməsi üçün, normaldakından daha çox nəzarətdə olmalıdırlar. Nəzarətin müddəti xəstənin vəziyyətinə görə müəyyən olunur. Nəzarəti yaxşı aparılmış hamilələrin doğum vaxtı normal hamilələrinki ilə eyni vaxtda olur. İri çəkili uşaqlarda doğuş travmasının riski daha çox olduğundan 40 həftəni keçmədən doğum başlanır.

Müalicə olunsa və ya olunmasa da, hamiləlik şəkərində keysəriyyə doğuşu daha çoxdur. Bununla birlikdə, normal doğum edənlərin də sayı çoxdur.

Keysəriyyə doğuşunu lazım edən əsas səbəb, iri çəkili uşaq və bununla əlaqədar olaraq doğuş fəaliyyətinin irəliləməsidir. Onu da qeyd etmək lazımdır ki, şəkər xəstəliyi və hamiləlik, çox riskli olan bir prosesdir. Bütün bu proseslər mütəxəssis perinotoloqun nəzarətində olmalıdır. Yalnız bu şəkildə anada və uşaqda az problemlə doğum nəticələnə bilər.

 

Qidaların tərkibində olan karbohidratların qan şəkərini yüksəltmə sürətinə qlisemik indeks deyilir.


Bəzi qidalarin qlisemik indeks dəyərləri:
Buğda çörəyi 100
Kəpək çörəyi 89
Düyü 79
Yarma 65
Kartof salatı 80
Kartof püresi 100
Quru lobya 66
Noxud 49
Qırmızı mərci 37
Yerkökü 92
Alma 53
Banan 84
Qarpız 72
Portağal 59
Portağal şirəsi 67
Bal 126
Süd 46
Qatıq 52

 

Avislə həyat

loading...
SHARE
Şərh yaz