Dilarə Kazımova

loading...

Dilarə Kazımova“Milk and Kisses” qrupundan tanıdığımız, gənc və istedadlı ifaçı Dilarə Kazımova müğənni olmasaydı, yəqin ki, incəsənətin başqa sahəsi olan rəssamlıqla məşğul olacaqdı. Əminik ki, bu sahədə də o, mütləq uğur qazanacaqdı.

  • Doğulduğu şəhər: Bakı
  • Hal-hazırda: Həyatdan zövq alaraq yaşamağa çalışır.
  • Yaşı: 27
  • Romantik statusu: Subay

Özünü üç sözlə ifadə edə bilərsən?

Xəyalpərəst, humanist və psixoDelik.

Dilarə, uşaqlıqda böyüyəndə kim olmağı arzulayırdın?

Uşaqlıqdan incəsənətə böyük həvəsim var idi. Mənim üçün həm rəssamlıq, həm musiqi, həm də kino sahəsi maraqlıydı. Hansından yapışacağımı doğrusu bilmirdim.

Musiqiylə nə vaxtdan məşğulsan?

Kiçik yaşlarımdan anam mənə pianoda çalmağı öyrədirdi, ancaq mütəmadi olaraq çalışmağa hövsələm çatmırdı. Buna görə də bu işin öhdəsindən yaxşı gəlməyi öyrənə bilmədim.

İlk uğurunu xatırlayırsan?

Yəqin ki, İncəsənət Gimnaziyasının rəssamlıq bölməsinə daxil olmağım ilk uğurum sayıla bilər.

Dostların çoxdur?

Pozitiv, istedadlı, maraqlı, gözəl və yaxşı yumor hissi olan insanlarla dostluq etməyi sevirəm.

Səni nələr sevindirir?

Günəş, dəniz, mənim ailəm, dostlarım və əlbəttə ki, sənətim. Bütün bunlar məni həm hədsiz fərəhləndirir, həm də bütün həyatımı təşkil edir.

Həyatından tam razı olmağın üçün sənə nə lazımdır?

Məncə, insan həyatının ayrı-ayrı dövrlərində bu məsələyə fərqli yanaşır. Əsas meyar olaraq isə cansağlığı və xoşbəxtlik qalır.

 

—AYDANXƏNDAN

loading...
Şərh yaz