Dodaq formanıza uyğun xarakteriniz

loading...

Dolu, iri dodaqlar. “Qızğın təbiətli xanımlar”

Belə xanımların nəsə xoşuna gələrsə, onlar dərhal necə olursa olsun onu əldə etmək istəyirlər. Bu enerjili qadın, təşəbbüsü ələ almaqdan və görüşə birinci dəvət etməkdən və ya birinci zəng etməkdən çəkinmir. Belə qadın heç kəsdən mərhəmət gözləmir və özü istədiyini əldə etməyə çalışır. Onun həyatında daim maraqlı hadisələr olur. Onun üçün azadlıq və müstəqillik çox əhəmiyyətlidir. Belə qadının yanında ola biləcək kişi, valehedici məşuq olmalıdır və hökmən mühüm qərarlar qəbul edə bilməyi bacarmalıdır.

Dolu, kiçik dodaqlar. “Romantik təbiətli xanımlar”

Belə xanımlarda ilk yerdə emosiyalar dayanır. Onun həyatı daim uçuşlardan və enişlərdən ibarətdir. Şəfqət və salfet paketi bu qadınlarda daim hazırdır, buna görə də təəccüblü deyil ki, o çoxlarının sevimlisidir. Lakin romantik xanım ciddi problemləri dərk etməməyi və özünü aldadaraq onlara göz bağlamağı üstün tutur. Mükəmməl kişi haqda təsəvvür bu qadınlarda parlaq jurnallardan və eşq romanlarındakı illüstrasiyalardan yaranır. Kişilər çox vaxt belə qadınları təvazökar hesab edir, lakin belə təəssürat aldadıcıdır.

Qabarıq üst dodağı (Üst dodaq alt dodaqdan daha böyükdür). “Əmr etməyi xoşlayan xanımlar”

Belə xanımlar işi əsaslı öhdəsinə götürür və ağıl ilə onu mütləq məntiqi sona çatdırırlar. Onlar, bir qayda olaraq, nə istədiklərini dəqiq bilirlər. Belə xanım yalnız haqlı olduğuna tam əmin olduqdan sonra aktiv hərəkət etməyə başlayır. Arzu olunana nail olmaq üçün isə ona şöhrətpərəstliyi və özünə yüksək qiymətin verilməsi kömək edir. Bu xanım cazibədən başqa, bütöv lider keyfiyyətlərinə də malikdir. Onun xəyalının kişisi onun qədər lovğa olmalıdır və onu daim yeni zirvələri fəth etməyə yönəltməlidir.

Qabarıq alt dodağı (Alt dodaq üst dodaqdan daha böyükdür). “Sirli qadın”

O həmişə diqqət mərkəzindədir, çünki hər kəsdən seçilir. Kişilər çox vaxt onun arxasınca qəmlə, qadınlar isə paxıllıqla baxır. Bu qadın hər kəsdə olan dəbli geyimdən çox adi geyim dəstlərinə üstünlük verir. Belə xanımlar öz şəxsi hisslərini inanılmaz dərəcədə yüksək tuturlar və bu onların geyim stilində də əks olunur. O dəqiq bilir ki, onun həyat yoldaşı xüsusi bir adam olmalıdır, hətta onun axtarışlarına çox vaxt getsə belə. Belə qadın heç vaxt pərəstişkarlarda çatışmazlıq hiss etmir, lakin ona daha çox ilk baxışdan onun cazibədarlığına diqqət etməyən insanlar maraqlı gəlir.

Dar uzun dodaqlar. “Realist xanımlar”

Onlar həmişə öz ayaqları üstündə möhkəm dururlar, onlara xəyallar dünyası yaddır. Bu xanımlar hər şeyi qabaqcadan planlaşdırır və bu prosesdən səmimi həzz alırlar. Belə xanımlar çox praktik olur və hətta aşiq olduqları halda belə çəhrayı eynək geyinməyə tələsmirlər. Onlar öz emosiyalarını hər kəsə göstərmir və buna görə çox vaxt soyuq təbiətli, özünə qapalı və lovğa adamın təəssüratını yaradırlar. Belə xanımlar gələcək həyat yoldaşlarından yalnız etibarlılıq tələb edir. Onlar romantik sürprizlərisiz belə keçinə bilirlər.

Dar kiçik dodaqlar. “Avantürist xanımlar”

Bu xanımın təbii optimizm ehtiyatı 3-4 adi insana belə çatar. O fiziki olaraq bir yerdə otura bilmir və öz məzuniyyətini belə mütləq hansısa aktiv işlərə sərf edəcək. Daha adi standart layihələr ona maraqsızdır, çünki o boz günləri al-əlvan rənglərə boyayan macəraları və adrenalini xoşlayır. Bu xanımlar özlərinə çox inandıqları üçün, tez-tez təhlükəli işləri öhdəsinə götürürlər. Onlar o qədər güclü, iradəli olur ki, kişiləri çox vaxt qorxudurlar. Belə qadının yanında arvadağız və ölüvay biri uzun müddət qala bilməz.

Şərh yaz