Dodaqların daha iri və həcmli olması üçün

Belə bir fikir mövcuddur ki, güclü cinsin nümayəndələrini daha çox iri və həcmli qadın dodaqları cəlb edir. Bu fikir xanımlara dodaqlarının təbii həcmini dəyişmək üçün əsas motivasiyadır. Bunun üçün kosmetoloqlara və ya cərrahlara müraciət etmək mütləq deyil, çünki dodaqların böyüdülməsi üçün müxtəlif üsullar var.

Dodaqların həcmini artırmaq üçün sizə bəzi məsləhətlər təqdim edirik. İlk öncə əl-üzünüzü yaxşıca yuyun və ağzınızı əvvəl ilıq, sonra soyuq su ilə enerjili yaxalayın. Dodaqlarınıza qanın axınını təmin etmək üçün onları quru diş fırçası ilə sürtün.

Dodaqların həcmini vizual olaraq böyütmək üçün, açıq rəngli dodaq qələmi ilə dodaqlarınıza kontur çəkin və açıq rəngli dodaq boyasından istifadə edin.

Alt dodağın mərkəzinə isə bir az parıltı çəkin

Dodaqlarınıza cazibədar şişkinlik vermək üçün müxtəlif tapşırıqların köməyindən istifadə edin. Bunun üçün ilk növbədə dodaqlarınızı büzüşdürüb irəli uzadın, sonra bacardığınız qədər güclü onların və burununuzun arasında bir kibrit çöpü və ya pambıq çubuğu sıxmağa çalışın. Çalışın bu vəziyyətdə 10-15 saniyə dayanasınız, sonra bir az rahatladıqdan sonra hərəkəti 5-7 dəfə təkrarlayın.

Növbəti tapşırıq hava alan balığa bənzəyir. Dodaqlarınızı maksimal dərəcədə irəli uzadın və ağızınızı açın. Üzünüzün əzələlərini zəiflədib dodaqlarınızı kip sıxın. Başlanğıc üçün belə hərəkətləri 10-15 dəfə, sonra isə 20-25 dəfə təkrarlamaq lazımdır. Bu halda beş dəqiqə ərzində sevdiyiniz mahnıları fit ilə çalmağa çalışın və çalışın ki, səsiniz təmiz və uca çıxsın. Belə olduğu halda dodaqlarınızın nə qədər gücə düşdüyünü hiss edəcəksiniz.

Dərin nəfəs alın, yanaqlarınızı şişirdin və dodaqlarınızı büzüşdürüb qabağa uzadın. Əvvəlcə tədricən ağzınızdan nəfəs verin, axıra yaxın isə nəfəsi kəskin təkanla verin. Sonra ağızınızı bağlı saxlayaraq dodaqlarınızı sağa sola hərəkət etdirin. Belə müntəzəm məşqlərdən sonra sizin dodaqlarınız daha həcmli və seksual görünəcək.

Tərkibinə qırmızı istiot və ya nanə daxil olan dodaq parıltıları da gözəl effektə malikdir. Bu tip vasitələrdən istifadə zamanı kiçik qıcıqlanma və sərinlik hiss olunsa da, dodaqlarınız bir neçə saat ərzində həcmli qalacaq.

Dodaqların böyüdülməsi üçün maska

1 ç.q. şəkər tozu, bal, vazelin və limon şirəsini qarışdırın, üzərinə 0.1 ç.q. qliserin əlavə edin və maskanın bütün komponentlərini yaxşıca qarışdırın. Alınmış qarışığı buxarda biraz qızdırın, soyuduqdan sonra isə sıx qatla dodaqlarınıza çəkin. Maskanı dodaqlarınızda 15 dəqiqə ərzində saxlayın, sonra sərin su ilə təmizləyin. Bu maska dodaqları böyütməkdən başqa, həm də onları qidalandırır, yumşaldır və nəmləndirir.

Şərh et