Doğru əmzik seçimi və doğru istifadəsi

loading...

Çətin zamanlarda körpə üçün rahatlaşdırıcı, təhlükəsiz və rahatlıq hissi təmin edən əmziklərin seçimi tamamilə etibarlıdır.

Körpə neçə yaşına kimi əmzik istifadə etməlidir?

Əmziyin uzun davamlı istifadəsi, körpənin ağız və diş şəkilləri dəyişikliklərinə səbəb ola bilər. Bu səbəbdən, əmzik istifadəsi, körpənin 2 yaşı ilə məhdudlaşdırılmalıdır.

Əmziklər körpələrin həyatında sakitləşdirici rol oynayar, ancaq ana və atalar bunun vərdiş halına gəlməsindən ötrü narahatlıq hiss edərlər. Əgər körpənizə əmzik verməyə qərar verdinizsə bu maddələri mütləq oxuyun…

Əmzik seçimi edərkən təbii bir maddə olan kauçukdan edilmiş olanı seçin. Xüsusilə diş çıxardan körpələrdə kauçuk əmzik istifadə etmək daha məqsədə uyğundur.

Hər vaxt qırılmaz xüsusiyyətdə olan əmzikləri seçin.

Asan təmizləmək üçün qabyuyan maşınında yuyuna bilən əmzikləri seçin.

Uzun müddət əmmə əsnasında körpənin burun dəliklərinin bağlanmaması üçün dəlikli əmzikləri seçin.

Körpənizin yaşına uyğun əmziklər seçin. İlk aylardan körpənin rahat yata bilməsi üçün yeni doğan körpələr üçün olanı seçin.

Əmziyin ucunda istifadədən qaynaqlanan dəliklər oldusa mütləq dəyişdirin.

Körpənizin əmzik əmməsi vərdişi halına gəlməməsi üçün daim idarə altında saxlayın.

Körpənin hər əmzik istifadəsi əvvəlində mütləq isti su ilə əmziyi təmizləyin.

Çox əmzik almayın, körpənizin hansı əmziyi sevdiyinə qərar verin.

Əmziklərin bəziləri çox uzun istifadə üçün keyfiyyətli deyil buna görə əmziyi mütəmadi olaraq dəyişdirmək lazımdır.

Əmziklərin doğru istifadəsi çox əhəmiyyətlidir. Körpənizin yaxasına ya da geyiminə doğru olaraq bərkidin. Ancaq körpəniz kiçikdirsə boyuna dolanmaması üçün əmziyi yaxasına bərkitməyin və mütləq əmziyi qabında saxlanın.

Körpəniz acdığında ona gecikmə müddəti üçün əmzik verməyin, əmziyi sakitləşdirmək üçün istifadə etməyin.

Körpə əmzik əmməyə istəkli deyilsə onu məcbur etməməniz lazımdır.

Əmziyə şəkərli bir şeylər sürməməniz lazımdır, çünki körpənizin diş quruluşuna zərər verər və diş çürüklərinə gətirib çıxarar.

loading...
Şərh yaz