Doğuşa qədər uşağın həyatı (foto)

loading...

Çoxları ölümdən sonra həyat varmı mövzusunda mübahisə edirlər, amma doğuluşa qədər həyatın olmasını hər kəs dəqiq bilir!

Mayalanmadan sonra doqquz ay ərzində qadının bətnində kiçik möcüzə inkişaf edir və böyüyür. Həm də, bu proses o qədər maraqlıdır ki, onu izləməmək sadəcə mümkün deyil.

  1. Bu artıq hamiləliyin 18-20-ci həftəsidir. Bu zaman körpədə artıq öz unikal izləri əmələ gəlir.1
  2. Bu şəkil mayalanmadan 4 gün sonra çəkilib. Mayalanmadan sonra ziqota artıq qabaqcadan müəyyən edilmiş cinsə (məsələn: bu qızdır) və unikal DNT – yə malikdir. Onun DNT-si növbəti doqquz ay ərzində, sonra isə bütün həyatı boyunca onun bədəninin inkişafını müəyyən edəcək.2
  3. Hamiləliyin 5-6-cı həftəsi. Baxmayaraq ki, bu vaxt körpə yalnız 6 mm uzunluqda olur, artıq onun burnu, ağzı və qulaqları formalaşmağa başlayır. Onun ürəyi demək olar ki, ananın ürəyindən iki dəfə daha sürətli, dəqiqədə təxminən 100 dəfə döyünür və bədənində qan dövr etməyə başlayır. Beyin dalğaları isə artıq 2-3-cü həftələrdə fərqlənməyə başlayır.3
  4. Hamiləliyin 7-ci həftəsi. Xorionik torba, beyin, amnional torba, göz, qaraciyər, göbəkbağı, cift.4
  5. Hamiləliyin 10-cu həftəsi. Orqanizmin bütün əsas funksiyaları işə düşür: böyrəklər, bağırsaqlar, beyin və qaraciyər artıq işləməyə başlayır. Körpə kiçik əllərini və ayaqlarını artıq əyməyə başlayır.5
  6. 12-ci həftə. Onun əzələləri inkişaf etməyə başlayır, ona görə o bütün gün dartınır və anasının qarnını təpikləyir. Əgər əlinizi qarnınıza qoysanız, o yəqin ki cavab verəcək, çünki onun refleksləri artıq inkişaf etməyə başlayır. Hərçənd ki, siz hələ bunu hiss etməyəcəksiniz.6
  7. Hamiləliyin 16-cı həftəsi.7
  8. Hamiləliyin 6-cı ayı. Uşaq xarici səslərə, hərəkətlərlə və nəbzin sürətlənməsi ilə cavab verə bilir. Əgər körpə hıçqırsa, ana uşağın kəskin hərəkətlərini hiss edəcək.8
  9. Hamiləliyin 6-7-ci ayı.9
  10. Hamiləliyin 8-ci ayı. Bu körpə artıq eşidir və ananın səsini tanımağa başlayır. Onun dərisi çəhrayı rəng alır və o bütün təzə doğulmuş körpələr kimi artıq öz “yumşaq” formasını əldə etməyə başlayır. Piylərin bu yığımı çox əhəmiyyətlidir, çünki bu uşağa dünyaya gəldikdən sonra bədənin temperaturunu nizama salmağa kömək edir.
Şərh yaz