Doğuşdan öncə qidalanmalı mı?

loading...

İngiltərəli alimlərin apardığı araşdırmanın nəticələrinə görə doğuş əsnasında yeməyin və içməyin heç bir zərəri yoxdur.

Dünyanın əksər  xəstəxanalarında doğuşa aparılan qadınlara yeməyə icazə verilmir. Xüsusilə keysəriyyə əməliyyatı yolu ilə dünyaya uşaq gətirilən qadınlara qida qəbulunun gərəksiz olduğunu bildirirlər.

Universitetin mütəxəssisləri bu qaydaların lazımsız olduğunu sübut etmək üçün araşdırmaya başlayıb. Araşdırmada 3130 qadın iştirak edib.

Mütəxəssislər doğuşa gələn bu qadınları iki yerə ayrıraraq, bir qrupdakına yemək qəbuluna icazə veriblər digər qrupa isə əksinə. Doğuşdan sonra isə qrupun hər ikisində iştirak edən  anaların və körpələrin orqanizmində dəyişikliyin və fərqliliyin baş verməməsini qeyd ediblər.

Araşdırmanı aparan mütəxəssislər doğuşa gedən qadınlara daha güclü olmaq üçün qidalanmağı məsləhət biliblər. Həzm sistemini çətinləşdirməsin deyə çox da ağır olmmaq şərtilə yüngülvarı qidala bilərsiniz.

loading...
Şərh yaz