Dörd ən yaxşi piy əridən vasitə

loading...

Amerika alimləri artıq çəki ilə mübarizə aparmaq üçün ən efektiv qida növlərinin adını çəkiblər.

  1. Avokado – məlum olmuşdur ki, bu meyvənin tərkibində olan yağlar orqanizmdə xolesterini artıra biləcək iltihabı azaldır və qanda qlyukozanın miqdarını tənzimləyir. Bundan başqa avokado kalium, B vitamin qrupları, aminoturşuları ilə zəngindir –  bunlar isə orqanizmdə maddələr mübadiləsini normallaşdırır;
  2. Kokos yağı – yağlar normal çəkinin bərpası üçün orqanizmə lazımlıdır. Onlar ürəyi, qan-damar sistemini, sümükləri, daxili orqanları, beyini, mərkəzi əsəb sistemini və imuniteti möhkəmləndirir.  Çoxsaylı tədqiqatlar göstərir ki, tərkibində kraxmal və karbonhidrat istisna olmaqla və yalnız yağ olan pəhriz artıq çəkidən azad olmağa kömək  edəcək;
  3. Sitrus– limon, layma, portağal və digər sitrus meyvələr ən yaxşı piyəridənlərdir. Onların tərkibində olan flavonoid və antioksidantlar imuniteti qaldırmaq və iltihabla mübarizə aparmaqla yanaşı, çəkini azaltmaqda və piyləri efektiv parçalamaqda əvəzsiz vasitədir;
  4. Yaşıl çay – tədqiqatlar göstərir ki, yaşıl çayın istifadəsi orqanizmdə termoqenez prosesini işə salır və orqanizmin daxilində istilik yaranır ki, bu da öz növbəsində piylərin parçalanmasına səbəb olur. Yaşıl çay piy qatlarına qarşı mübarizə aparan polifenol və katexinlərlə də zəngindir.
Şərh yaz