Dumanlı göz makiyajı ilə cəlbedici görünüşə sahib olun

loading...

Ovsunlayıcı dumanlı makiyaj qadınların ən çox istifadə etdiyi makiyajlar arasındadır. Dumanlı göz makiyajı çox məşhur olsa da, tətbiqi hər zaman çox da asan olmaya bilər. Sevgililər günü yaxınlaşır. İstər bu xüsusi gündə istərsə də fərqli bir gündə tətbiq edə biləcəyiniz cəlbedici bir makiyaja nə deyirsiniz?

Həm asan edə biləcəyiniz, həm qalıcı, həm də mükəmməl görünən bir dumanlı göz makiyajının sirləri…

Ehtiyacınız olanlar

Yalnız göz qələmi. Zarafat deyil, yalnız göz qələmi istifadə edərək sehrli gözlərə sahib ola bilərsən! İstifadə edəcəyin qələmin yumşaq bir qələm olmasına diqqət yetir. Hətta sürmə qələmlər bu iş üçün daha əlverişlidir. Sürmə qələmlər kosmetikdə ‘kohl’ deyə bilinir, qələmini seçərkən bu adı daşımasına diqqət edə bilərsən. Mənim təklifim Golden Rose nin yeni məhsulu olan Smoky Effect Eye Pencil (duman təsiri yaradan göz qələmi). Bu qələmin arxasındakı aplikator sayəsində, qələmi dağıdaraq dumanlı bir təsir yarada bilərsən.

Mərhələlər

  • Qələmlə, göz qapağına qalın bir xətt çək.
  • Xətti qələmin arxasındakı aplikator, ya da incə bir ten fırçası köməyi ilə yay. Qələmi yaydığın bölgə bütün göz qapağını örtməlidir. Bir az daha şişirdilmiş və diqqətə çarpan bir makiyaj üçün qələmdən daha çox istifadə edə bilərsən.
  • Gözünün altına, yəni göz yaşı xəttinə də eyni şəkildə qələm çəkib, incə bir fırçayla yüngülcə yay.
  • Göz qapağında qələmi yayaraq ten təsiri yaratdığın makiyajının üstünə incə bir xətt qələm çək.
  • Son olaraq tuşu sürərək makiyajını tamamla!!

Yumşaq, sürmə tərzində bir qələm istifadə etdiyin müddətdə bu makiyajı hər rəngdə edə bilərsən. Əhəmiyyətli olan nöqtə istifadə etdiyin qələmin suya dayanıqlı ya da uzun müddət qalıcı bir qələm olmamasıdır.

Həm klassik kombinlərlə, həm mövsümün modası üsyankar kombinlərlə istifadə edə biləcəyin bu makiyajı həm də gecə çıxarkən asan edə biləcəyin bir makiyajdır.

loading...
Şərh yaz