Dünyanın ən uzun podiumu seçilib

loading...

Danimarkanın paytaxtı, Kopenhagendə moda həftəsi üçün qurulan podium dünyanın ən uzun podiumu seçilib.

Dəb ustalarının hazırladıqları geyimləri və aksesuarları nümayiş etdirən 220 maniken bir həftə ərzində moda festivalının podiumlarında 1500 m yolu qət ediblər.

Şou danimarkalı model Helena Kristensenin Skandinaviyanın ən məşhur brendinin kolleksiyalarından birinin geyimlərinin təqdimatı ilə başalyıb.

Moda həftəsində həmçinin makiyaj və saç düzümləri dəbi də nümayiş olunub. Bu kolleksiyanı təxminən 100 min insan izləyə bilib.