Duyğular
loading...

Finlandiyalı elm adamlarının apardığı araşdırmalara görə insanın “Romantik bədən xəritəsi” meydana gəldi.

Araşdırmalara görə, fərqli duyğular bədənin fərqli hissələrində özünü göstərir. Xoşbəxtlik isə bütün bədənə təsir edir və bədənin reaksiyaları, hər coğrafiyada eyni olur.

Elm insanlarının gəldiyi ən təəccüblü nəticə isə duyğuların coğrafiya və ya irq ayırd etmədən bənzər təsir yaratmasıdır.

Finlandiya, İsveç və Tayvan kimi fərqli coğrafiyalardan seçilən 700dən çox iştirakçıya duyğuları oyadan videolar, şəkillər, üz ifadələri və sözlər göstərildi. Təcrübəyə söykənən və maddələr mübadiləsidəki hərəkətləri ölçən qəbul edicilər, hansı duyğuların bədənin hansı bölgələrini hərəkətə keçirdiyini müəyyən etdi.

Qəbul edicilərə gələn məlumatlar sayəsində, təcrübənin bədən xəritəsini meydana gətirən mütəxəssislər, qırmızı və sarı rəngin sıxlaşdığı bölgələrdə duyğu sıxlığının artdığını, mavi rəngin hakim olduğu bölgələrdə isə hisslərin azaldığını kəşf etdi.

Əsəbin qollar və sinə qəfəsini hərəkətə keçirdiyini, sevginin dizlərdən yuxarıya təsir etdiyini, depressiyanın qollar və qıçlarda hiss itkisinə səbəb olduğunu, qayğının da ən çox sinə qəfəsini ələ keçirdiyini görən elm adamları, yalnız xoşbəxtlik duyğusunun bütün bədəni qucaqladığını müşahidə etdi.

Təcrübənin ortaya çıxardığı başqa bir çaşdırıcı nəticə isə bütün bu duyğuların fərqli etnik mənşələrdən aparılan təcrübələrdə eyni nəticələri verməsi oldu. Araşdırma qrupu bu kimi təməl duyğuların insan bədənində universal bir təsir yaratdığı nəticəsinə gəldi.

Mütəxəssislər “Romantik bədən atlası” işinin, önümüzdəki dövrlərdə romantik pozuntulardan qaynaqlanan xəstəlikləri müalicə etmək üçün istifadə edilə biləcəyini düşünür.

Bəli, əsrlərdir mədəniyyətimizdə bədənimizdəki regional ağrılara görə şəfa yolları axtarıldığını hamımız bilirik. Bu gün elmin də eyni nöqtəyə gəldiyini görmək şübhəsiz xəstəliklərə və narahatlıqlarımıza qarşı necə həll tapa biləcəyimizi də göstərir.

loading...
Şərh yaz