Düz qarına sahib olmaq istəyənlərin nəzərinə

loading...

Düz bir qarına sahib olmaq istəyirsinizsə qidalanmağınıza maksimum səviyyədə diqqət yetirməlisiniz. Xüsusilə də qidalanma mütəxəssislərinin təklif etdiyi bu qidaları bol miqdarda istehlak etməlisiniz.

Su

Bəslənmə mütəxəssisləri, özünüzü ac hiss etməyinizin əslində susuzluq hiss etməyinizdən qaynağlandığını bildirib. Gündə ən az iki litr suyu susama hissiniz olmasa belə içməlisiniz. Çox su içməyin qabarıqlıq yaradacağından narahat olmayın. Tam tərsinə, əgər bədəninizdə maye əskikliyi olsa bədəniniz maye toplar və bu da sizə qabarıqlıq olaraq geri dönər. Yəni nə qədər su, o qədər az şiş deməkdir.

Banan

Banan yüksək miqdarda kalium təşkil edir. Kalium, bədənin təbii mineral tarazlığının düzəldilməsinə və çox mayenin atılmasına kömək edər. Diyetinizdə natriumu çox, kaliumu isə az qəbul etdikdə bu iki mineralın tarazlığı pozular və su toplanması yaşanar. Çox natrium, bədəninizdə həddindən artıq maye yığılmasına səbəb olar. Halbuki, xüsusilə banan yeməyiniz, gündəlik 4700 mg kalium ehtiyacınızı qarşılamağınızı təmin edər.

Qatıq

Qatıq, həzmi karbohidratdan daha uzun sürən və bu sayədə daha uzun müddət tox tutan zülal baxımından zəngindir. Eyni zamanda probiyotik təşkil edir. Probiyotiklər, həzmi gücləndirərək qabarıqlığı azaldar və qəbizliyin qarşısını alar.

Zülal

Süd və süd məhsulları, qırmızı ət, balıq, toyuq, paxlalılar yüksək miqdarda zülal təşkil edər. Bunlar karbohidratlardan daha uzun müddətə həzm edildiyindən, sizi uzun müddət tox saxlamağa kömək edər. Süfrənizdə hər gün bir ovuc zülal təşkil edən yemək olmasına diqqət yetirməlisiniz.

Xiyar

Salatınızı hazırlayarkən içinə xiyar əlavə etməyə laqeyd yanaşmayın. Tikə-tikə istehlak edə biləcəyiniz bu qida, yemə istəyinizi basdırar və göbəyinizin düzləşməsinə kömək edər. Yüksək nisbətdə su təşkil etməsiylə də təbii bir sidik sökdürücü xüsusiyyətə malikdir.

Zəncəfil

Zəncəfili çay olaraq ya da yeməklərinizə qataraq mütləq istehlak etməlisiniz. Dadı mükəmməl olmasa da, çox faydalı olduğunu düşünərək özünüzü buna məcbur edə bilərsiniz. Zəncəfil, enflamasyaya mübarizəyə kömək edən bir qidadır. Antienflamasya və antioksidan xüsusiyyətli qida, zülal həzminə də kömək edər.

Alma sirkəsi

Həzmə kömək edən, həzm sistemindəki pis bakteriyalarla mübarizə aparan alma sirkəsi, bədəndəki şişi və toksinləri atmaqda da təsirlidir. Salatlarınıza ya da tərəvəzlərinizə bir neçə çay qaşığı sirkə əlavə etməyə laqeyd yanaşmayın.

Ananas

Ananas seçimlərinizdən biri olmalıdır. Çünki həm qarınınızın düz qalmasına kömək edər, həm də şəkər ehtiyacınızı qarşılayar. Həzmə kömək edən fermenti təşkil edən bu meyvə, qabarıqlığa, mədə turşumasına və mədə yanmasına yaxşı təsir edir. Yüksək miqdarda fruktoz təşkil etməsi səbəbiylə də şəkər ehtiyacını qarşılayar.

Alma

Bu qida maddəsi, qarınınızı düzləşdirməklə qalmaz, sizi həmçinin tox tutar. Alma, çox dişləməyə ehtiyac doğuran bir meyvə olduğundan, çox şey yemənizə fürsət vermədən doymanıza kömək edər. Çünki beynin doydun əmrini verməsi üçün bir şeyi yedikdən sonra ən az 20 dəqiqə keçməsi lazımdır.

loading...
Şərh yaz