Düzgün büstqalter seçimi necə olmalıdır

loading...

Səhv büstqalter seçimi ümumi görünüşünüzü məhv edə bilər. Paltarın duruşunu tamamilə dəyişdirən büstqalterləri seçmək, qadınların ən çox etdiyi səhvlərdən biridir. Büstqalter mövzusunda seçiminizi doğru etmək üçün bu təklifləri mütləq bir kənara qeyd edin.bustqalter

Küpür hər vaxt seksualdır

Yüngül frikik çox seksual olur amma nizamını yaxşı bilmək gərəkdir. Bu vəziyyətlərdə küpür büstqalterlər istədiyiniz görünüşü əldə etmək üçün doğru bir seçim ola bilər.

Dəri rəngi mütləq olmalıdır

Hər qadının qarderobunda dəri rəngi büstqalter mütləq olmalıdır. Açıq rəng köynəklərin içinə dəri rəngi büstqalter geyinilməlidir.

Çox məqsədli çox rahat

Çarpaz asqılı, tək asqılı, boyundan asqılı və asqısız çox məqsədli istifadə edilə bilən büstqalterlər istifadə baxımından çox rahatdır. Sıx iş tempi olan qadınlar, bu çox məqsədli büstqalterlər tam sizə görədir.

Dərin dekolte üçün

Qabağı açıq, V yaxa bluzlarla, ortası U şəklini xatırladan, dekolteli bluzlar üçün çıxarılmış büstqalterləri seçim edə bilərsiniz. Bu büstqaletrlərin ön orta qisim aşağıda bitər, beləcə sinənizin ortasından büstqalteriniz görünməz.

Səhv büstqalter

Büstqalterinizin səhv ölçüdə olub olmadığını anlamaq çox asandır.

Əgər:

  • Sinəniz büstqalterdən böyükdürsə,
  • Əyildiyinizdə fışqırırsa,
  • Büstqalterin arxası yuxarı çıxırsa,
  • Paltarın ön və arxa qisimi eyni xəttdə və düz dayanmırsa,
  • Asqılar çiyininizi çox sıxırsa,
  • Sinə qəfəsinizə təzyiq edirsə,
  • Qırışlıq edirsə,
  • Əllərinizi qaldırdığınızda büstqalterdə də yuxarı doğru sürüşürsə doğru büstqalteri seçməmisiniz deməkdir.
Şərh yaz