Düzgün eynək seçmək üçün nələrə diqqət etməliyik?

loading...

Hal-hazırda günəşdən qorunmaq üçün eynəkləri ənənəvi şüşədən, polikarbonat və ya akril plastikdən istehsal edirlər. Bu materialların hər ikisinin müsbət və mənfi cəhətləri var.

Eynəyin keyfiyyətini müəyyən etmək üçün satıcı konsultantla məsləhətləşməyiniz lazımdır. Firma eynəklərin üzərində adətən ”glass” və ya “plastic” yazılır. Ultrabənövşəyi şüalardan qorunmaq üçün şüşə eynəklər almağınız lazımdır.

Keyfiyyətli şüşələr cızılmır, ilkin görünüşünü uzun müddət saxlayırlar. Şüşə linzalı eynəklərin mənfi cəhəti ondan ibarətdir ki, onları daşımaq bir qədər ağırdır və sındığı halda uşaqlar üçün təhlükəlidir.

Adi plastik eynəklər təhlükəsiz olsa da, günəş şüalarından qorumur, gözləri tez yorur. Plastik linzalı eynəyin keyfiyyətli olmasından əmin olmaq üçün satıcıdan sertifikat tələb edin.

loading...
Şərh yaz