Düzgün şəkildə oruc tutmaq qaydaları…

loading...

İslam dinində 11 ayın sultanı adlandırılan Ramazan ayı, nəhayət ki, bu il də yetişdi. Bu ayda Allah insanlara böyük faydalar verir, onların günahlarını bağışlayır, nəcibləşdirir və mükafatlandırır. Ramazan ayında oruc tutmaq şüuru, həddi-buluğa çatmış və müsəlman şəriətinə görə, oruc tutmaq iqtidarında olan hər bir şəxsə vacib buyrulub. Xanım.net bu ay ərzində Ramazan ayının fəzilətləri, bu ayla əlaqədar məlumatları Sizə təqdim etməyə çalışacaq:

Düzgün şəkildə oruc tutmaq üçün müqəddəs dinimizdə mütləq qaydalar mövcuddur.

Hər gün oruc tutmazdan öncə, yəni səhər yeməyindən (İmsak) əvvəl “niyyət” etmək lazımdır. “Niyyət” zamanı bu sözlər deyilir: “Müqəddəs Ramazan ayında oruc tuturam” və sonra “Bismillahir-rəhmanir-rəhim. Vacibən qürbətən ilə Allah” deyilir. Orucluğun hər günün öz xüsusi duası var və bu duaları oxumaq faydalıdır. (Hər günün duasını məsciddən və ya dini ədəbiyyatdan əldə etmək olar).

Axşam oruc açılarkən (İftar) yemək yeməzdən öncə bunları demək lazımdır: “Bismillahir-rəhmanir-rəhim” – “Rəhimli və Rəhman Allahın adı ilə” və oruc duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və aleykə təvəkkəltu fətəqəbbəl mini əntəs – Səmiul Alim. Allahummə ya vasiəl-məğfirəti iğfirli”. Ərəb dilindən tərcümədə: “Ey Allah, Sənə xatir oruc tutdum. Göndərdiyin ruzi ilə iftarımı açıram, Sənə təvəkkül edirəm. Orucumu qəbul elə. Sən hər şeyi eşidən və bilənsən. Ey Yaradan və Yer üzünün sahibi, günahlarımı bağışla!”

Yaxşı olardı ki, iftar xurma, təmiz su, süd və ya şirniyyat ilə açılsın. Yemək yeyən zaman heç bir halda tərkibində donuz əti və ya spirt olan qida məhsullarından istifadə etmək olmaz. Nə səhər, nə də axşam, olduqca çox yemək arzu edilən deyil, bu, bədəni ağırlaşdırır və sağlamlığa ziyandır.

Oruc tutanlara iftar süfrəsi vermək bəyəniləndir. Hədisdə bildrilir ki, axşam oruc tutan şəxsi doyuzduran şəxs, oruc tutan qədər savab sahibi olur.

Şərh yaz