E vitamini bizə nə üçün lazımdır?

e vitamini
loading...

Tokoferol – E vitamini 1922-ci ildə məlum olmuşdu və sonsuzluğa qarşı vasitə kimi reklam edilmişdi. Sonralar bu maddəni güclü antioksidləşdirici (sətəlcəmə qarşı təsirə malik maddə), qocalmaya qarşı vasitə adlandırırdılar, onu ürək-damar və onkoloji xəstəliklərin profilaktikası üçün əla vasitə hesab edirdilər.

E vitamini yetərli miqdarda ət məhsullarında, yarmalarda, vermişellərdə, paxlalarda və həmçinin günəbaxan yağında olur. Ölkəmizdə bütün bu məhsullar geniş istifadə olunduğuna görə əlavə olaraq E vitamini qəbul etməyə ehtiyac qalmır.

Bir sıra genişmiqyaslı kliniki tədqiqatlar nəticəsində E vitamininin növbəti xüsusiyyətləri sübut edilmişdir:

  • yüksək dozalarda E vitamininin qəbulu infarktın, insultun və istənilən başqa ürək-damar xəstəliklərinin qarşısını almır,
  • E vitamininin qəbulu zamanı kişilərdə beyinə qanaxmaların (insultlar) tezliyinin artımı qeyd edilmişdir,
  • prostat vəzinin, süd vəzilərinin, bağırsaq xərçənginin qarşısını almır,
  • astma və Alsqeymer kimi xəstəliklərin müalicəsi üçün effektiv deyil,
  • qocalma ilə əlaqədar görmə qabiliyyətinin pisləşməsi vaxtı kömək etmir.

İnsanın reproduktiv sisteminə E vitaminin müsbət təsirini isə sübut edən tədqiqatlar hələ ki yoxdur.
Bu fikir 1922-ci ildə siçovullar üzərində aparılmış sınaqlar nəticəsində yaranıb. Bu zaman siçovullara yalnız guya tərkibində bütün lazımlı maddələr olan qatqısız süd verirdilər. Bu tədqiqatın nəticəsində siçovulların çoxalması dayanmışdı, onlara əvvəlki rasionu qaytardıqdan sonra siçovulların ailə həyatı qaydaya düşmüşdü. Normal rasiona həmçinin E vitamini daxildir.

Artma prosesinə E vitaminin təsiri bu tədqiqatla müəyyən edilib. Lakin hamilə qadının orqanizminə E vitaminin neqativ təsiri haqqında da məlumatlar var. Burada bir məqamı qeyd etmək lazımdır: hamilə qadınların üzərində istənilən tədqiqatlar yalnız elmi cəmiyyətin onların təhlükəsizliyində mütləq əminliyindən sonra keçirilir. Bu tədqiqatların məqsədi tokoferolun faydalı xüsusiyyətlərini sübut etmək idi.

Beləliklə, hamilə qadınlarda E vitamininin qəbulu zamanı aşağıdakı hallar müşahidə olunurdu:

  • iki dəfə daha çox ölü doğulmuş körpələr,
  • daha çox az çəkidə olan uşaqlar,
  • ürək qüsurlu uşaqlar,
  • təzə doğulmuş körpələrdə müxtəlif səbəblərdən xəstələnmənin göstəricisi 9 dəfə çox idi,
  • ana üçün ağır fəsadların riski yüksək idi.

Cavanlıq və qocalıq məsələrinə gəlincə isə, hesab edilir ki, E vitamininin də aid olduğu antioksidləşdiricilər qocalma prosesinin qarşısını alır. Bu həqiqətən də belədir. Ancaq orqanizmdə E vitaminindən başqa da belə güclü maddələrin sayı çoxdur.

Trombozdan, infarktdan və insultdan müdafiə

E vitamini həqiqətən, trombositlərin (qan tromblarını yaradan hüceyrələrin) yapışmasını azaldır. Bu həm yaxşı, həm də ki pisdir, çünki bir tərəfdən trombozun riski aşağı enir, amma digər tərəfdən qan axma riski artır.

Asetilsalisil turşusu (aspirin) trombozla mübarizədə mübahisəsiz liderdir. O trombozla E vitaminindən daha çox effektiv mübarizə aparır. Həkim onsuz da aspirin təyin edəcək, amma E vitamininin yüksək dozası ilə kompleksdə qan axmanın riski güclənəcək.

Sonda E vitaminin orqanizm üçün lazımlı olmasını vurğulamaq istərdik, lakin bu kifayət qədər az miqdarda olmalıdır. Onun istifadəsinə mütləq həkim tərəfindən nəzarət olunmalıdır.

Şərh yaz