Əjdaha illərində nələr olub?

  • Peyğəmbərimiz Həzrəti Məhəmməd Əleyhissəlam vəfat edib və Həzrət Əbu Bəkr xəlifə seçilib;
  • Həzrət Ömər şəhid olub;
  • Xəlifə Həzrət Osman ibn Əffan şəhid olub və Həzrət Əli (ə) xəlifə seçilib;
  • Həzrət Hüseyn (ə) Kərbəla çölündə şəhadətə qovuşub;
  • Səlcuq dövləti qurulub;
  • İngiltərə ilə Hollandiya arasında müharibə başlayıb;
  • Nadir şah taxta çıxıb;
  • I Pyotrun əmri ilə ilk erməni ailələri Gilan və Mazandarana, həmçinin işğal olunmuş Bakıya köçürülüb;
  • Sultan Səlim xan şəhid edilib;
  • Bakı, Nuxa, Şamaxı, Quba, Buynaqsk və Tiflis arasında teleqraf rabitəsi açılıb;
  • “Qızıl Aypara” cəmiyyəti yaradılıb;
  • Çar Rusiyası ordusu günahsız və silahsız əhalini gülləbaran etməklə tarixə “Qanlı bazar günü”nü yazıb;
  • Aviasiya tarixində ilk dəfə ABŞ-dan Avstraliyaya birbaşa hava uçuşu həyata keçirilib;
  • Azərbaycanda ilk dəfə latın əlifbasına keçilib;
  • Bakıda Neft Layihə Elmi-tədqiqat İnstitutu yaradılıb;
  • Baltikyanı dövlətlər Sovet Ordusu tərəfindən işğal olunub;
  • Moldaviya Respublikası yaradılıb;
  • Yapon qoşunları Manilanı zəbt edib;
  • Türkiyənin populyar TRT telekanalı yaradılıb;
  • Xankəndində ermənilər “Miatsum!” tələbi ilə mitinqlərə başlayıb;
  • 4 min nəfərlik ilk qaçqın köçü Ermənistandan Azərbaycana pənah gətirib;
  • Ermənilərin Dağlıq Qarabağla bağlı qeyri-qanuni tələblərinə qarşı Bakıda icazəsiz mitinqlər başlayıb;
  • Ermənilər Ararat dəmir yolu stansiyasında qatar gözləyən azərlərə silahlı basqın edib;
  • Ermənistanın Hamamlı (Spitak) şəhərində 8 bal gücündə zəlzələ olub;
  • Türkiyədə nəhəng Sultan Mehmet körpüsü açılıb;
  • İran-iraq müharibəsi başa çatıb;
  • Sovet qoşunları Əfqanıstandan çıxarılmağa başlayıb;
  • Pakistan prezidenti Ziya Ül-Həqq təyyarə qəzasında həlak olub;
  • Müstəqil Fələstin Respublikası yaradılıb;
  • Türk dünyasının nəhəng ictimai-siyasi xadimi, Azərbaycan Xalq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəy vəfat edib;
  • Əhməd Necdət Sezər Türkiyə prezidenti seçilib;
  • “Qalatasaray” futbol klubu UEFA kubokunu qazanıb;
  • Bakıda 6,5 bal gücündə zəlzələ baş verib;
  • Ümumdünya Qaçqınlar Günü təsis olunub;
  • Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib…
loading...

Əjdaha ilində doğulan məşhurlarımız:

Əzim Əzimzadə, Əli Səbri, Əhməd Bakıxanov, Tərlan Əliyarbəyov, Əhməd Cavad, Tağı Şahbazi, Qüdrət Səmədov, Vəli Axundov, Bala Qasımzadə, Ədilə Hüseynzadə, Ənvər Əlibəyli, Qulu Əsgərov, Azad Mirzəcanzadə, Həbib Bayramov, Tacəddin Şahdağlı, Rizvan Cəbiyev, Vəfa Quluzadə, Həsən Həsənov, Fazil Fərzəlibəyli, Canəli Əkbərov, Vaqif Mustafazadə, Ziyad Səmədzadə, İsa Hüseynov, Abbas Abdulla, Arif Abdullazadə, Bəhlul Abdulla, Çərkəz Quliyev, Niyaməddin Musayev, Ayaz Abdullayev, Paşa Qəlbinur, Gülşad Baxşıyeva, Alı Mustafayev, Rövşən Cavadov, Gülbahar Şükürlü, Azər Zeynalov, Mehriban Əliyeva, İlona Tağıyeva, Elariz Məmmədoğlu, Nazpəri Dostəliyeva, Anar Nağılbaz, İzzət Bağırov…

Səbuhi Rəhimli

loading...
Şərh yaz