“Elə müğənnilər var ki, onları dinləsəm, zövqüm korlanar”

müğənni
loading...

Şou-biznesin tanınmış simalarının fərqli zövqləri var. Onlar  təkcə öz ifalarını dinləmirlər.

“Şou biz” verilişi sorğu apararaq, sənətçilərin qulaq asdıqları müğənnilərin adını öyrənib:

Müğənni Xatirə İslam – Hamıya qulaq asıram. Amma elə müğənnilər var ki, onları dinləsəm, zövqüm korlanar deyə, səsləri gələndə çevirirəm.

Müğənni Əbdül Xalid – Müğənni Yaşar Yusuba, Emil Bədəlova qulaq asıram. Bəzən radioda xoşuma gələn mahnı olanda dinləyirəm. Bayağı mahnıları isə heç vaxt oxutmuram.

Müğənni Manaf Ağayev – Mənim üçün ən gözəl mahnılar Baloğlan Əşrəfov, Tacir Şahmalıoğlunun ifa etdikləridir.

Müğənni Niyam Səlami – Bütün müğənnilərə qulaq asıram.

Əməkdar artist Almaz Ələsgərli – Mən rus estradasının ulduzlarını dinləyirəm. Onların ifasını sevirəm.

Əməkdar artist Gülyaz Məmmədova – Xarici musiqilərə, muğamlara qulaq asıram. Yeni çıxan gənc ifaçıları dinləyirəm.

loading...
Şərh yaz