Estee Lauder: Kişilər hara baxır

loading...

Mühacir ailəsində böyüyən bu qız nəhəng konsernin əsasını qoydu. İndi onun tərkibinə dünyanın   150  ölkəsindən 25-dən artıq marka daxildir. Estee Lauder həmişə ürəkdən inanırdı ki, hər bir qadın gözəl ola bilər.

Səkkizinci övlad

Estee deyirdi ki, o, karyera qurmaq qərarına gözəllik salonunda rastlaşdı-ğı bir qadınla söhbətdən sonra gəldi. Bu qadın o dərəcədə cazibədar görünürdü ki, gənc Estee ona kompliment etməkdən özünü saxlaya bilmir və bu cür gözəl bluzu haradan ala biləcəyini soruşur. Qadın gülərək cavab verir: “Fərqi nədir? Siz heç vaxt belə bir şey ala bilməyəcəksiz”. Məhz həmin an gələcəyin kosmetika kraliçası özünə söz verir ki, daha heç kım onun unvanına belə söz deməyəcək, çünki o, hər şey əldə edə biləcək.

Bu, yəhudi-macar mühacirlərinin ailəsində böyüyən qız üçün çox cəsarətli bir vəd idi. 1908-ci il iyul ayının 1-də anadan olan Estee ailənin səkkizinci övladı idi. Onun anası Rosa birinci əri ilə boşanandan sonra altı uşağı ilə tək qalır və özündən 10 yaş kiçik olan bir kişi ilə ailə qurur. Böyük qürurla “Təsəvvür edirsiz, o, nə dərəcədə gözəl qadın idi!” – deyən Estee hesab edirdi ki, əgər hər qadının gənc əri olsa, ölkədə boşanmaların sayı xeyli azalar. Bununla belə böyük yaş fərqi Rosanı utandırırdı və Esther Mentzerin (sənədlərdə onun adı belə yazılırdı)

doğum şəhadətnaməsində yaşına 7 il də əlavə edir. Bütün mümkün üsullarla öz ərinin məhəbbətini saxlamağa çalışan Rosa öz xarici görünüşü ilə xüsusilə məşğul olur və qızlarına da gözəlliyi hiss etməyi öyrədirdi.

Atam icazə vermir

Qızlar ciddi tərbiyə alırdılar. Onlar müşayiətsiz yalnız tennis klubuna gedə bilərdilər. Məhz burada Estee ilk dəfə gələcək həyat yoldaşı ilə rastlaşır. Tanımadığı qızın gözəlliyinə valeh olan oğlan nəyin bahasına olur-olsun, onun diqqətini özünə cəlb etmək istəyir və “Salam, sarışın qız”, – deyə onu səsləməkdən başqa bir şey ağlına gəlmir. Bu müraciət Esteeyə O qədər ədəbsiz görünür ki, O, qaçmaqdan başqa bir yol görmür Bir həftə sonra gəc oğlan ədəb-ərkanla tanış olmaq qərarına gəlir. Joseph Lauter Esteenin anası Rosanın xoşuna gəlir və sevgililər toya hazırlaşmağa başlayırlar.

O vaxt məlum olur ki, Josephin soyadı Lauderdir (onun valideynləri Amerikaya köçəndə məmur “d” hərfini səhvən “t” ilə əvəzləyir). Estee ilə Joseph ailənin soyadını qaytarmaq qərarına gəlirlər, onlar hesab edirdilər ki, bu, gələcək imperiyanın ya-ranmasına doğru atılan ilk addım olacaq. Toy günü Estee dodaqlarını boyayır, atası isə bunu görəndə qızından dodaq boyasını silməyi tələb edir. Missis Lauder sonuncu dəfə atasının tələbini yerinə yetirir və yetkin həyata qədəm qoyur.

“Sarışın qızların evi”

Toydan iki il sonra, 1932-ci ildə gənc ailənin ilk övladı dünyaya gəlir. Estee evdə oturmaqdan darıxırdı. Teatrda oynamağa çalışırdı, amma tezliklə başa düşdü ki, bu onun sahəsi deyil. Bu zaman ənlikkirşana olan marağını xatırlayır. Bu həvəs ona ixtisasca dermatoloq olan dayısı Johndan keçmişdi. O, bacısı qızının evinə qonaq gələndən bir qədər sonra müharibə baş-ladı, buna görə də John Amerikada qalmalı oldu. John dayı bacısı qızına müxtəlif kremlər hazırlamağı öyrətdi. Onlar saatlarla qaz plitəsinin önündən ayrılmır, inqrediyentləri bir-birilə qarışdırır və ideal nisbətə nail olmağa çalışırdılar. Məhz bu ev laboratoriyasında gələcək əfsanə – bütün dəri növləri üçün olan superzənginləşdirilmiş krem yarandı. Estee-nin kosmetikasını qəbul edən ilk mağaza xanım Morrisin “Sarışın qızlar evi” adlı gözəllik salonu oldu. Estee öz məhsul nümunələrindən istifadə etməklə bu salonun sahibəsinə son dərəcədə uğurlu makiyaj etdi. Nəticədə, qadın ona elə salonda öz məhsullarını satmağı təklif etdi. Bu, əla başlanğıc idi: fenlə saçları qurudulan müştəri xanımlar çox darıxırdı və pulsuz edilən makiyaj onların ürəyincə idi. Xanım Lauder sınaq nümunələrini sağa-sola paylayırdı, rəqibləri onun bu ağılsız səxavətinə gülür və tezliklə müflisləşəcəyini  deyirdilər. Amma havayı hədiyyələr çox təsirli oldu: müştərilərin sayı getdikcə artırdı.

İki dəfə ərdə

Xanımının kosmetik sahədə uğurları fonunda “mister Estee Lauder”in (Josephi istehza ilə belə çağırırdılar) mühasibatçı karyerası alınmırdı. O gileylənirdi: “Biz həmişə kompromisə nail oluruq, yəni, mən onun istədiyi istiqamətə yönəlirəm”. Ər-arvad arasındakı narazılıq boşanma ilə nəticələndi. Sonralar Estee deyirdi ki, bu təcrübə ona mühüm bir şeyi öyrətdi: kişi yalnız onun gücünə və uğuruna inanan qadının yanında güclü və uğurlu olacaq. Dörd il sonra onların oğlu ağır xəstələnir, Joseph köməyə gəlir və həmişəlik onların yanında qalır. 1943-cü ildə onlar ikinci dəfə evlənirlər. “Mister Estee Lauder” titulu həmişəlik unudulur. Estee isə həmişə xahiş edirdi ki, ona “missis Joseph Lauder” deyə müraciət etsinlər. Onlar qərara gəlirlər ki, Joseph öz biznesini atıb, xanımının konserninə daxil olsun. Tezliklə onların ikinci oğlu dünyaya gəlir. Artıq Estee ailəsindən uzun müddət uzaq qalmamağa çalışırdı. İllər sonra ona Lüksemburqda səfir vəzifəsi təklif olunanda Estee ilk növbədə öz həyat yoldaşı ilə məsləhətləşmək qərarına gəlir. Joseph qətiyyətlə cavab verdi: “Tək get, mənim sənin arxanca çanta gəzdirmək niyyətim yoxdur”. Xanım Lauder tərəddüdsüz bu vəzifədən imtina etdi. O, həmişə bir səhvi ikinci dəfə təkrarlamamağı ilə fəxr edirdi.

Ümid flakonu

Esteenin uğurunun səbəblərindən biri də onun, əsasən, xırdalıqlara diqqət yetirməsi ilə bağlı idi. Belə ki, krem qabları üçün rəng seçərkən, xanım Lauder bir neçə münasib nümunələri götürür və onları tanışlarının vanna otaqlarına uyğunlaşdırmağa çalışırdı. Qonaq gedərkən, o, ilk növbədə, hamama baş çəkir və rəng çalarının interyerə nə dərəcədə yaraşdığını müəyyən etməyə çalışırdı. Onun səyləri nəticəsiz qalmadi: unikal “mavi Estee Lauder” çaları tarixə yazıldı. Xanım Lauder daim öz imkanları çərçivəsindən çıxmağa can atırdı. O, hər yerdə, hətta qa-tarda və eskalatorda da öz potensial müştəriləri ilə tanış olur, ayaqüstü onlara öz kosmetikasının nümunələrini təqdim etməyə imkan tapırdı. Estee deyirdi: “Biz ümid flakonları satırıq”.

Biznesi genişləndirmək lazım idi. 1946-cı ildə Estee Lauderin şirkəti rəsmi olaraq öz varlığını elan etdi. Ev laboratoriyası keçmiş restoranın yerinə köçdü. Reklama pul yox idi. Estee qədim və məxfi “qadına danış” adlı üsula müraciət etdi. Bu üsul istənilən reklamdan daha yaxşı işləyirdi. Misal üçün, Estee öz kosmetikasının keyfiyyətini nümayiş etdirmək üçün belə bir şayiə yaydi: guya onun rəfiqəsi Estee Lauder kremini mayonezlə səhv salıb. “Salatlara əlavə oluna bilən krem” tarixə çevrildi: bu, dahiyanə fikir idi. Daha bir uğurlu addım Esteenin radiodakı çıxışı oldu, bu zaman o, aşağıdakı sözləri demişdi: “Mənim alıcım bu il ala bilmədiyi paltarı gələn il də ala bilər. Yeni üzü isə o özünə sonra ala bilməyəcək!”. “Yeni ilə yeni simayla” ifadəsi Lauder kosmetik şirkətinin şüarı oldu.

Ailə biznesi

Silsilə uğurlardan sonra Estee ABŞ, daha sonra isə Avropanın ən iri univermaqlarına üz tutdu. O, ilk dəfə olaraq müştərilərlə birbaşa əlaqə yaratmağa başladı, müştərilərinə açıqca və pulsuz nümunələr göndərirdi. Sonralar digər istehsalçılar da bu üsula əl atdılar, amma onlara “kosmetika kraliçası”na çatmaq nəsib olmurdu.

Missis Lauder həmişə öz mağazalarının açılışlarına gəlir, işçilərə hədiyyələredir, işçiləri şəxsən özü seçir, daha çox rahat mənzillərə oxşayan ofislərdə qonaqlıqlar təşkil edirdi. Bu qadının işgüzarlığı bütün Amerikaya məlum idi, onun marketinq bacarıqları isə qibtə ilə qarşılanırdı. Belə ki, 1953-cü ildə buraxılan Youth Dew ətirlərini Estee “vanna üçün yağ” adı ilə satırdı. İş orasındadır ki, o zamanlar qadının özü üçün parfüm alması ədəbsizlik sayılırdı. Vanna üçün vasitəni isə istədiyi qədər ala bilərdin. Bu vaxtlar ailə biznesinə ailənin bütün üzvləri, hətta gəlinlərdə cəlb edilmişdi. Estee onlarla çox mehriban davranırdı, həvəslə onlara hədiyyələr edir və deyirdi: “Etibar və sevgi gözəldir, amma sırğa da artıqlıq etməz”. Ailənin gənc üzvləri yeni istiqamətlərlə, məsələn, Clinique kosmetikasının yaradılması ilə məşğul olurdular. Rəqiblərdən biri xanım Lauderin gəlinini mağazada, piştaxta arxasında görərkən demişdi: “Ailə biznesinə qalib gəlmək mümkün deyil, burada həmişə mənfəət güdən adamlar var”. Vaxt gəldi və ailə biznesinə nəvələr də qoşuldu. Bu gün Esteenin böyük oğlu Leonard korporasiyanın direktorlar şurasının sədri, nəvəsi William icraçı sədri, nəvəsi Aerin Estee Lauder markasının üslub və imic üzrə direktorudur. İmperiyanın banisi 2004-cü ildə öz evində vəfat etdi. O öz həmyerlilərinin yaddaşında həmişəlik amerikan arzusunun rəmzi olaraq qalacaq. Onun möcüzəli makiyajı hələ də bizimlədir. Estee deyirdi: “Bilirsiniz, kimin üzü ən qəşəngdir?  Sizin üzünüz. O öz unikallığı ilə gözəldir. Kişilər paltara yox, üzə baxırlar. Bundan maksimal dərəcədə istifadə edin”.

 

Darya Kor

loading...
Şərh yaz