Ət sote

Ət Sote
loading...

Soyuq qış günü evinizə gəlib nə bişirməyi düşünürsünüzsə, o zaman sizə gözəl bir tərifim var – ət sote.

Ləzzətli və sağlıqlı. səbzəli bir yemək. Yalnız mədəniz deyil, gözləriniz də bayram edəcək.

4 nəfərlik Bişmə müddəti 25 dəqiqə

İçindəkilər:

  • 250 qr tikə ət
  • 2 ədəd soğan
  • 6-7 ədəd qara bibər
  • 1 diş sarımsaq
  • 2 ədəd dolmalıq qırmızı bibər
  • 5-6 ədəd yaşıl soğan
  • 2 ədəd pomidor
  • 1 yemək qaşığı hazır süd kremi
  • 1 stəkan su zeytun yağı

Hazırlanması:

Ət, soğanlar, qara bibərlər, sarımsaq və su qazanda 25 dəqiqə qaynadılır.

Qırmızı bibərlər və yaşıl soğanlar incə jülyen, yəni çubuq şəklində doğranır. Pomidorun qabıqları soyulub, sürtgəcdən keçirin. Geniş tefal bir tavada öncə qırmızı bibərlər zeytun yağında qovrulur. Yaşıl soğanlar əlavə edilir. Soğanlar da qovrulduqdan sonra ət atılır. Rəndələnən pomidor tökülüb, bir əl qaynadılır. Hazır süd kremi əlavə edildikdən sonra bir az suyu çəkdirilib servis edilir.

Məsləhət görülən içki: Kəmşirin qırmızı şərab. Yerli üzümlərdən hazırlanmış yüngül qırmızı şərab bu yemək üçün idealdır. Şərabın yüngül aromatıyla sote ətdəki ədvalar ahəng təşkil edərək damaqlarınızı şənləndirəcək.

Restoranda şərab içərkən nələrə diqqət eləməliyik? Şərabı, sifariş etdiyiniz yeməyə görə istəyin. Bahalı şərab, sifariş etdiyiniz yeməklə uyğun gəlməzsə, nə şərabdan, nə də yeməkdən zövq ala bilməyəcəksiniz. Ən yaxşısı restoranın məsul şəxslərindən məsləhət almaqdır.

Şərh yaz