Etiket qaydaları

loading...

Çox vaxt məhz ilk söhbət insan haqqında düşüncələrimizin formalaşmasına səbəb olur. Buna görə söhbət etməyin etiket qaydaları haqqında məlumatlı olmağınız gərəkdir.

Salamlaşma

  • Kiçiklər böyükləri, kişilər qadınıarı, qadınlar yaşca özlərindən çox böyük kişiləri birincii salamlamalıdırlar.
  • Cinsindən və yaşından asılı olmayaraq içəri daxil olan birinci salamlaşmalı, ilk çıxan sağollaşmalıdır.
  • Otaqda bir neçə nəfər varsa birinci növbədə evin sahibi və ya vəzifəcə yüksək olanla, daha sonra digərləri ilə salamlaşmaq lazımdır.
  • Kişi oturubsa, içəri daxil olanları qarşılayarkən ayağa qalxmalıdır, qadın bu halda otura bilər. Lakin qadını digər qadına təqdim edirlərsə o ayağa durmalıdır.

Söhbət

  • Söhbət zamanı aydın, lakin alçaqdan danışmaq lazımdır.
  • Həmsöhbətin sözünü kəsmək olmaz.
  • Söhbət zamanı saata baxmaq, yazı yazmaq və s. hərəkətlər etmək düzgün deyildir.
  • Söhbət zamanı çox danışmaq əvəzinə çox dinləyin.
  • Mübahisə zamanı səs tonunuzu qaldırmayın.
  • Susmayın. Deməyə sözünüz yoxdursa ən azından başınızı razılıq əlaməti olaraq yelləyin.
  • Yaşından və cinsindən asılı olmayaraq həmsöhbətə “Siz” deyə müraciət edin. Səmimi münasibətlər yarandıqda “sən” demək üçün icazə alın.

Jest

Söhbət əsnasında qulağınızı. Boğazınızı qaşımayın. Bu tələsdiyinizə işarə edir. Söhbət zamanı jetslərdən olduqca az istifdə edin. Bu kənardan heç də yaxşı görünmür.

Şərh yaz