Ətirdən istifadə qaydaları

Seçdiyiniz ətirlərdən düzgün istifadə etdiyinizə əminmisiniz?

loading...

Ətirin bədəninizdə uzun müddətdə qalıcı olmasını istəyirsinizsə o zaman onu təmiz cildə tətbiq etməyiniz məsləhətdir. Duşdan sonra vurulan ətirlərin qalıcı olmasının yəqin ki şahidi olmusunuz. Duş qəbul etdikdən sonra məsamələr açıldığı üçün ətir dəriyə daha da yaxşı hopur və beləcə qalıcı olur.

Hər ətir dərinizə uyğun olmaya bilər.

Qoxusu xoşunuza gələn ətirlərin dərinizə nə dərəcədə uyğun olub – olmaması vacibdir. Qoxusunu bəyəndiyiniz hər ətir dərinizə uyğun gəlməyə bilər. Dəri tipinə görə seçilən ətir sayəsində onun qalıcığı daha da artıq olur. Bədənin elə hissələri var ki, o hissələrə ətir vurduqda o daha qalıcı olur, məsələn, qulaq arxası, biləklər, sinə və s.

Seçdiyiniz ətirlərlə diqqətçəkici və bənzərsiz olmaq imkanınız da var. Şirin, meyvə qoxulu yaxud da seksual qoxular arasından seçim etməklə bədəninizə düşən ətri seçin. Hətta bəzən qoxuyla sahibinin xarakterini də müəyyən etmək mümkündür.

Mütəxəssislərin sözlərinə görə ətrin ömrünü uzatmaq üçü onu soyuducuda saxlamaq olar. Belə olduqda isə ətirlər həm də daha təsirli olur.

loading...
Şərh yaz