Ətli quru noxud

1234
loading...

Soyuq günlərdə böyük iştahayla yeyəcəyiniz bir qış yeməyidir. Yüz illər boyunca Anadolu insanının qarnını doyuran, nənələrin, ana-ların menyusundə başda gələn yeməklərdən biridir ətli quru noxud.

İnanılmaz ləzzətli və doyurucu bir yemək

6 nəfərlik Bişmə müddəti 25-30 dəqiqə

İçindəkilər:

  • 2 stəkan öncədən isladılmış, yarı bişirilmiş və qabıqları çıxarılmış noxud
  • 500 qr quş başı doğranmış ət (qoyun və ya dana əti)
  • 2 baş quru soğan
  • 2 xörək qaşığı duru yağ
  • 2-3 pomidor və ya
  • 1 xörək qaşığı tomat
  • yetəri qədər duz

Hazırlanması:

Noxudları bir gecə öncədən islağa qoyun. Ertəsi gün tam bişirmədən qaynadın. Qabıqlarını çıxarın (Qabıqlarını çıxarmadan da bişirə bilərsiniz). Bir tərəfdə orta ölçülü geniş bir qazan götürün. İncə doğranmış soğan və əti yağda qovurun.

Yağda öldürdüyünüz soğanların və ətin üzərinə qabıqlarını soyduğunuz və kub-kub doğradığınız pomidorları və ya tamatı əlavə edin. Sonra üzərinə 2 stəkan isti su qoyub ətlər yumşalana qədər bişirin. Yemək bişərkən suyunu çəkəcək (Ətlər əgər sərt qaldısa az-az isti su əlavə edə bilərsiniz.) Sonra noxudları əlavə edib bir neçə dəqiqə qarışdırın.

Noxudun üzərini keçməyəcək şəkildə isti su əlavə edib bişirməyə davam edin. Yemək hazır olmadan 10 dəqiqə öncə duzunu atın və isti-isti servis edin.

Qeyd: yemək bişirərkən duzunu çox atdınızsa, yeməyi bişirdiyiniz qazana bir neçə soyulmuş kartof əlavə edin. Kartoflar artıq duzu çəkəcəkdir.

loading...
SHARE
Şərh yaz