Ətli Yaşıl Lobya

1234
loading...

Başlı-başına bir yemək. Dadı bizə tanışdır. Sadəcə, içinə daxil edilmiş ət dadını bir az daha fərqləndirir və daha da ləzzətli edir.

Bu yeməyi qatıq və ya düyü qarniri ilə də servis edə bilərsiniz.

6 nəfərlik Bişmə müddəti 25-30 dəqiqə

İçindəkilər:

  • 1 kq yaşıl lobya 250 qr
  • kub şəklində doğranmış ət (qoyun və ya süd danası)
  • 1,5 yemək qaşığı duru yağ
  • 2 baş quru soğan
  • 2 pomidor və ya yarım yemək qaşığı tomat
  • yetəri qədər duz
Hazırlanması:

İncə doğranmış soğanı və əti yağda qovurun. Qabığı soyulmuş pomidor və ya tomatı qoyub qarışdırın. 2-3 stəkan su əlavə edib ətlər yumşalana qədər bişirin. Bu arada lobyaları təmizləyərək baş qisimlərini kəsin, yuyun və bıçaq dəymə-dən əllə lobyaları bir neçə yerdən bölün.

Hazırladığınız lobyanı qazanda yumşalan ətə əlavə edin və bir-iki dəfə qarışdırandan sonra qapağını örtüb 5-10 dəqiqə bişirin. Sonra üzərini keçməyəcək qədər su əlavə edib lobyalar yumşalana qədər bişirin.

Ocaqdan almadan 5-10 dəqiqə əvvəl duzunu atın. İsti-isti servis edin.

Şərh yaz