Ətsiz quru noxud yeməyi

Müəllif:
1234

Quru noxud yeməyi ət əlavə edilmədən hazırlanır. Çox sadə tərifi var. Yanında düyü qarniri və ya bulqur plovu servis edə bilərsiniz.

6 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə

İçindəkilər

  • 2 stəkan öncədən isladılmış noxud
  • 2 baş quru soğan
  • 2 xörək qaşığı duru yağ
  • 2-3 pomidor və ya 1 xörək qaşığı tomat
  • 3-4 ədəd sarımsaq dişi
  • 1 ədəd kiçik qırmızı acı bibər
  • yetəri qədər duz

Hazırlanması:

Noxudları öncədən isladın, yarıbişənə qədər qaynadın. Qabıqlarını təmizləyin.

Bir tərəfdə orta boy geniş qazanın içinə yağı, incə doğranmış soğan və sarımsaqları əlavə edib qovurun. Tamatı və ya qabıqları soyulmuş və doğranmış pomidorları əlavə edib birlikdə qovurmağa davam edin. Üzərinə hazırladığınız noxudları qataraq, qarışdırın. Üzərinə az keçəcək şəkildə isti su əlavə edin.

Noxudlar yumşalana qədər bişirin.

Ən son duzunu atıb ocağın altını söndürün. İsti-isti servis edin.