Ev şəraitində necə arıqlamaq olar?

loading...

Artıq kilo atarkən ilk olaraq bilməlisiniz ki, orqanizmin gücünü azaltmadan arıqlamaq lazımdır. Normaya və ehtiyatlılığa riayət etmək lazımdır, xüsusilə əgər siz pəhriz saxlamağa qərar vermisinizsə. Qidalı maddələrin çatışmazlığı sağlamlığınıza və görünüşünüzə neqativ təsir edə bilər. Buna görə arıqlama üçün ən yaxşı variant həyat tərzini və qidalanma rejimini dəyişdirməkdir. Bu proses uzun müddət vaxt aparsa da orqanizminizə heç bir zərər verməyəcək.

Yaxşı olar ki, daim hər gün eyni zamanda qida qəbul edəsiniz. Bu sizə formada qalmağa kömək edəcək. Yemək yeyərkən masa arxasında kitab oxumayın, telefonla danışmayın. Bu zaman yaxşı olar ki, firikinizi yeməkdə cəmləşdirəsiniz. Yemək zamanı əsəbiləşmək lazım deyil, masa arxasında sakitlik hökm sürməlidir. Bütün bu ilk baxışda əhəmiyyətsiz görünən məsləhətlər əslində böyük əhəmiyyətə malikdir.

Əgər siz bu məsləhətlərə riayət etsəniz, sizin mədəniz və bağırsaqlarınız əla işləyəcək, onların sağlamlığı isə sizin üzünüzdə əks olunacaq. Hətta bir çox qadınlar bilmir ki, üzün gözəl rəngi mədədən başlanır.qida

Sağlam insan öz qida rasionundan heç nəyi çıxarmamalıdır. Sadəcə yemək lazımi dərəcədə və kifayət qədər müxtəlif olmalıdır. Son qida qəbulu saat 19:00-dan gec olmamalıdır və heç bir halda yatmazdan əvvəl yemək olmaz.
Əgər istəyirsinizsə ki, dəriniz gözəl və cavan olsun daha çox tərəvəz və meyvə yeyin. Onların tərkibində daha çox vitamin və mineral elementlər mövcuddur. Un məmulatları, kartof və şirniyyatdan mümkün qədər az istifadə etmək lazımdır. Əgər arıqlamaq istəyirsinizsə, yağın, təzə xəmirdən hazırlanmış məmulatların və karbohidratların istifadəsini məhdudlaşdırın. Daha çox hərəkət etməyə çalışın, gimnastika ilə məşğul olun, sürətli tempdə gəzintiyə çıxın.

Qida qəbulundan sonra uzanıb dincəlməyin, çalışın hərəkət edəsiniz. Əgər nahardan sonra sizi yuxu basırsa, deməli siz çox yemisiniz.idman

Bütün bu məsləhətlərdən başqa, sağlam arıqlamaq üçün öz əzələlərinizə müəyyən fiziki yüklənmə verin. Həkimlər pəhriz zamanı fiziki yüklənmə kimi sadə gəzintini və üzgüçülüyü məsləhət görürlər. Bütün bu qaydalara riayət edərək siz bir neçə ay ərzində arıqlayacaqsınız.

Amma əgər siz tez arıqlamağa çalışıb pəhrizə riayət edirsinizsə, bu zaman nəzərə alın ki, gəzintidən əvvəl tərəvəzlər və meyvələrdə olan karbohidratlar ilə zəngin, gəzintidən sonra isə daha çox zülallar ilə zəngin məhsullardan istifadə etmək lazımdır.

Yetərli miqdarda lazımlı qidalı maddələrin alıb almamağınızı siz saçlarınızın, dərinizin və dırnaqlarınızın vəziyyətinə görə müəyyən edə bilərsiniz. Hər hansı bir elementin çatışmazlığı vaxtı dəri solğunlaşır, saçlar incələşir, dırnaqlar çatlayır və qırılmağa başlayır.

Şərh yaz