Xanım.Net | Hər şey xanımlar üçün

Ola biləcəyimiz qədər xoşbəxtik
Xoşbəxtlik üçün nə lazımdır? Bu sual hər birimizi çox düşündürür. Xoşbəxtlik hissinə nəyin təsir etdiyini öyrənmək üçün alimlər – sosial psixoloqlar illərlə tədqiqatlar aparmışlar.

Xoşbəxtlik daxildə yaranan hissdir, onun xarici faktorlarla heç bir əlaqəsi yoxdur. Xoşbəxtliyin iki əsası var: pozitiv hisslər və insanın öz həyatından məmnunluğu. “Xoşbəxtliyin öyrənilməsi” 100%-li düzgün nəticə və ya ona nail olma reseptləri verməsə də, faktorların tədqiqindən müəyyən bilgilər əldə etmək olar.

Xoşbəxtlik pulda deyil!

Amma… Varlı ölkələrin əhalisi kasıb ölkələrin əhalisindən daha xoşbəxtdir. Məntiq var, başın üstündə damın ol-maması xoşbəxtliyi artırmır və əksinə, cah-cəlal da xoşbəxtlik gətirmir. Psixoloq Ed Diener və kolleqaları Forbs jurnalının reytinqinə əsasən 100 ən varlı amerikalı arasında sorğu keçirmişlər. Onların xoşbəxtlik səviyyəsi çox cüzi olaraq ölkə daxili orta göstəricini aşırdı.

Həyatda daha çox əzab çəkənlər xoşbəxtliyin pulda və prestijdə olduğunu düşünənlərdir. Amerikalı psixoloqlar nə vaxtsa eyni məktəbi bitirmiş məzunlar arasında tədqiqat keçirmişlər. Aydın olub ki, münasibətləri, şəxsi inkişafı, cəmiyyətə xeyir verməyi özünə prioritet seçənlər, yüksək gəlir və karyeraya üstünlük verənlərdən iki dəfə artıq xoşbəxtdir. Lotereyada milyon udmaq arzusuna gəldikdə isə… Futbol totalizatorunda kifayət qədər

böyük məbləğ əldə etmiş britaniyalılar arasında keçirilən sorğu baxın nəyi üzə çıxarıb. 70% “bəxtəvər” əvvəlki iş yerini tərk edib yaşamaq üçün daha prestijli şəhərə köçüb. Qonşulardan, iş yoldaşların-dan ayrılıq onları xoşbəxt etməyib. Bundan başqa, çox-ları uduşdan sonra ailələrində tez-tez mübahisələrin yarandığını bildirib. O ki qaldı pulun çoxluğundan doğan xoşbəxtliyə və bahalı şeylər almaq fürsətinə, bunlar çox tez keçəcək həvəsdir.

Əsl sevgi hələ xoşbəxtlik deyil

Çoxları çılğın vurğunluqla xoşbəxtliyi eyniləşdirirlər. Psixoloqların tədqiqatına görə hətta ən güclü romantik bağlılıq belə üç ildən artıq yaşamır. Həyat görüşü, dəyərləri, maraqları eyni olan insanlarda sevgi münasibətləri çox uzun müddət əsas xoşbəxtlik mənbəyi olaraq qalır. Bu fenomeni kəşf edən psixoloq Hatfild qeyd edir ki, bunu sevgi – dostluq da adlandırmaq olar. O, ehtiras qədər güclü hisslər doğurmur. Amma ildən-ilə güclənir və dərinləşir. Yəni, əsl dost olmağı bacaran cütlüklər nikahda xoşbəxtlik tapa bilir.

Dosta zəng

İnsanlarla ünsiyyət xoşbəxtlik hissinə güclü təsir göstərir. Bəzi psixoloqlar sosial münasibətləri hətta yeganə xoşbəxtlik mənbəyi sayırlar. Qadınlar rəfiqələri ilə olan dostluğu daha güvənli hesab edirlər. Ürək dostunun olması qadının psixoloji sağlamlığı üçün həddindən artıq vacibdir. Kişilərsə kompaniyalarla dostluq etməyi sevir. Qadınlar rəfiqələri ilə zaman keçirərək gündəlik stresdən azad olurlar.

Hobbi vlə həmfikir tapın

İstirahətin təşkili də xoşbəxtliyə təsir göstərir. Divanda uzanıb televizora baxmaq və digər məşhur vaxt öldürmələr xoşbəxtlik artırmır. Boş vaxtlarını daha mənalı və məqsədli keçirən insanlar daha xoşbəxtdirlər.

Eyni maraqları bölüşənlər üçün müxtəlif dərnəklərin və klubların yeri əvəzolunmazdır. Psixoloqlar insanları öz maraq dairələrinə uyğun klublara göndərmiş və görüşdən sonra əhval-ruhiyyələrini qiymətləndirməyi xahiş etmişlər. Həmin insanlarda sevinc hissi yüksəlib. Onu da qeyd edək ki, rəqs dərnəklərinə, xeyriyyə təşkilatlarına göndərilən insanlar da isə bu hiss ikiqat yüksək olub.

İdmanla məşğul olun

Bir çoxları idmanla bədən ölçülərini formada saxlamaq üçün məşğul olur. Zaman keçdikcə həmin insanlar anlayır ki, fiziki fəallıq onların əhval-ruhiyyəsini yüksəldir və özündə əminlik yaradır.

Alimlər sübut ediblər ki, müntəzəm fiziki hərəkətlər depressiyanın qarşısını almaq üçün ən yaxşı vasitədir. Çünki fiziki fəallıq təbii «xoşbəxtlik narkotiki» olan endorfinin yaranmasını təmin edir. Məsələn, təkbaşına idmanla məşğul olmaq bir neçə aydan sonra həyatdan razılıq hissi yaradır. Daha böyük təsiri qrupla keçirilən məşğələlərdən almaq olar: həm ünsiyyət, həm də idman.

Başqalarına yardım edin

Yardıma ehtiyacı olana kömək etmək də, insanın özünü dəyərləndirməsinə və həyatının mənalı olmasını kəşf etməsinə səbəb olur. Avropalılar istirahət zamanı xeyriyyə təşkilatlarında könüllü işləyirlər. Bu növ istirahət Avropada geniş yayılıb. Düzdür, Azərbaycanda belə istirahət növü hələ özünə yer tapmayıb, amma könüllü yardımdan heç bir xeyriyyə təşkilatı üz çevirməz. Həm də belə iş psixoloji problemləri də həll etməyə qadirdir.

Xoşbəxtlik məqsəd olmalıdırmı?

Xoşbəxtlik daxildə yaranan duyğudur. Nəyisə gözləmək, ümid etmək insanlara xas hissdir. Onlar xoşbəxt olmaq üçün başqa şəhərə köçməyi, həyatının sevgisini tapmağı gözləyirlər. Bəli, məhz gözləyirlər. Yadlarından çıxır ki, bunun üçün gözləmək çox azdır. Öz xoşbəxtliyinizə inanın, optimist olun, inamınızı və enerjinizi buna sərf edin. Əgər insan xoşbəxt olmayacağını düşünürsə, o, əlbəttə ki, buna doğru da gedəcək…

2012- ci ilin yeni makiyaj dəbi
Mütəxəssislərin təklif etdiyi yeni makiyaj dəbi xanımların hər zaman dəbli görünməsini təmin edəcək.

Qırmızı dodaqlar

Qıpqırmızı dodaqların makiyajdakı yeri hər zaman bir fərqlilik deməkdir. Qarşıdakı aylarda da bu rəng olduqca məşhur olacaq. Burada ən vacib olan isə sizin özünüzə aid olan, özünüzə yaraşan qırmızını seçməkdir. Yaz mövsümündə isə qırmızının müxtəlif çalarları təklif edilir. Burada kirəmit rəngindən tutmuş, tünd qırmızıya qədər, hətta mat rəngli qırmızı da yer alacaq.

Üz dərisi

Parlaq üz dəriləri isə artıq dəbli hesab olunmur. Mat və uşaq dərisi kimi təbii üz dərisi son dövrün ən gözəl makiyaj trendidir.

Güclü qaşlar

Həm cazibədar, həm də gözəl görünmək istəyirsinizsə qaşlarınıza xüsusi diqqət ayırın. Bu ildə də ən aktual qaş foması qalın olanlardır. Amma həddindən artıq qalın da yox. Qaşlarınız fırçalanmış və tündləşmiş olmalıdır.

Parlaq gözlər

Gözlərinizi daha çox diqqət mərkəzinə çıxarmaq üçün parlaq boz rənglərindən istifadə edin. Daha təbii bir görünüş üçün göz makiyajınızı boz rəngli və dumanlı formada makiyaj edə bilərsiniz.

Dolğun kirpiklər

Göz makiyajınızın diqqətəçarpan olmasını istəyirsinizsə mütləq tuja üz tutmalısınız. Qarşıdakı mövsümdə də dolğun və tünd rəngli kirpiklər diqqət çəkəcək. Kirpik üçün tujunuzun təsirini artırmaq üçün kirpiklərinizi qıvrıtmaq da işinizi asanlaşdıra bilər.

Gözəlliyinizlə göz qamaşdırın!
Makiyajdan tutmuş saç modelinə qədər, qısaca gözəlliyə təsir edən hər bir şeyin bir də xüsusi texnikası var. Əgər siz də əsas məqamları bilsəniz, peşəkarlar kimi qayğınıza qala bilərsiniz.

Üstəlik, dərinizin rəngi açıqdırsa siz daha da diqqətli olmalısınız. Bəs onda sizin üçün gərəkli olanlar nədir?

Açıq dərili xanımlara əsasən, çəhrayının müxtəlif tonları və digər mat rənglər yaraşır. Belə rənglərlə onlar daha baxımlı görünə bilər. Vacib olan məqam dəridəki kiçik qüsurları və gözaltında olan ləkələri korrektorun köməkiyi ilə görünməz hala gətirməkdir.

Mütəxəssislər məsləhət görürlər ki, gündüz saatlarında qəhvəyi rəngli tuş nə qədər vacibdirsə, axşamlar qara rəngli tuş bir o qədər önəmlidir. Kirpiklərinizə tuş vurmazdan əvvəl onlara az miqdarda fırçayla kirşan səpə bilərsiniz, beləcə tuşdan sonra kirpikləriniz daha dolğun və həcmli görünəcək.

Göz qapaqlarınızı makiyaj edərkən xaricə doğru rəngləri tündləşdirsəniz gözləriniz xüsusi cazibədar görünər, baxışlarınız isə dərinləşər.

Təbii makiyaja üstünlük verənsinizsə, o zaman çəhrayı və bej rənglərini seçin. Belə olan halda daha təbii görünəcəksiniz, hətta elə təsir bağışlaya biləcəksinizki, guya heç makiyaj etməmisiniz.

Soyuq çəhrayı və meyvə tonları, açıq rəngli dodaq boyaları dodaqlara daha da canlılıq qatar.

Saçlarınız sarıdırsa, cəlbedici çəhrayı rəngli dodaq boyası məhz sizin üçündür. Mat və tünd rənglər isə dodaqları daha incə göstərər.

Saçlarınız tünd rəngdədirsə, dodaqlarınıza tünd böyürtkən boyasını vurun. Amma unutmayın ki, dodaq boyasından da əvvəl dodaqlarınıza kirşan vurmalısınız.

Kim yatmış, Kim oyaq?
Ofisdə iş günü – təkcə kolleqalarla xoş ünsiyyət, sosial setlərə baxış və müdir görməyincə kompüter arxasında mürgüləmək deyil. Güclü iradəylə internetə və ünsiyyətə olan marağımızı dəf edə bilərik. Amma yuxululuğu dəf etmək çox çətindir.

Gündüz yuxululuğu bioritmlərin sıradan çıxması və başqa neqativ faktorlarla əlaqədardır. Belə faktorlara: fiziki fəallığın olmaması, oksigen çatışmazlığı, stress, ekoloji şəraitin əlverişsiz olması aiddir. Meqapolis əhalisinin yarısı gündüz yuxululuğundan əziyyət çəkir. Onunla mübarizə yolları sadə və hamıya məlumdur: yaşıllıqda çoxlu gəzmək, yuxunu tam almaq, rejimə riayət etmək, yatmazdan əvvəl ağır yeməklər yeməmək. Bunlar yaxşıdır, bəs gümrah və effektiv çalışmaq üçün işdə nə etməli?

KÖMƏK!

İş gününü gümrah keçirmək üçün nə etməli?

Ofisdə C vitamin qrupu, yaşıl çay, bir neçə efir yağı (limon, portağal, adaçayı), cır limon və jenşen cövhəri saxlayın. Sadə və ucuz vasitələr sizi formada saxlayacaq. Arabir otağın havasını dəyişin ki, daha gümrah olasınız. Beyin oksigenlə yaxşı qidalananda yuxululuq aradan qalxır.

Ofisə gələn kimi B vitamin qrupu kompleksi qəbul edin. Bu, başağrısı, zəiflik, yorğunluğun qarşısını alacaq. işdə qəhvə və enerjigətirən içkilər içmək məsləhət deyil. Tonusda olmaq üçün yaşıl çay dəmləyərək içinə bir neçə damcı cır limon və jenşen cövhəri əlavə etməkdir.

Limon, portağal, adaçayı, efir yağları sinir-əsəb fəaliyyətini stimullaşdırır, işləmək qabiliyyətini artırır, anti-depressant rolunu oynayır və əhvalı yaxşılaşdırır. Biləyinizə bir neçə damcı vurun və ya masanızın üstündə aromaboru saxlayaraq gün ərzində içinə damcılayın.

Elkar preparatından məsləhət görülən ölçüdə mütəmadi istifadə işləmək qabiliyyətini artırır, psixoemosional gərginlik və stresin qarşısını alır, sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırır. Elkar orqanizmin fiziki və emosional gərginliyi zamanı adaptə imkanlarını da artırır.

Qulaq, barmaq. Qaşaltı masajı

Qulağın üstündə çoxlu bioloji fəal nöqtələr var. Bu nöqtələrin intensiv masajı qısa müddətə ümumi tonusu qaldıra bilər. Masajı isti əllərlə saat əqrəbi istiqamətində etmək lazımdır. Mərkəz və yuxarı hissəni baş və işarə barmağı ilə, sırğalıq nahiyəni isə beş barmağınızla masaj edin. Yuxululuq və yorğunluğu ən yaxşı sırğalığın masajı aradan qaldırır. Əldəki barmaqların masajını çeçələ barmaqdan başlamaq lazımdır. Əvvəlcə dırnaq falanqı sıxılır, sonra masaj hərəkətlərilə aşağıya doğru enilir.

Qaşın üstünün masajı da yaxşı effekt verir. Dairəvi hərəkətləri barmaqların ucu ilə mərkəzdən periferiyaya doğru 2-3 dəqiqə ərzində etmək kifayətdir ki, nəticəni görəsiniz. Bu müddət ərzində gözləri yummaq və bəbəkləri hərəkət etdirmək olar: sağa-sola, yuxarı-aşağı, dairə. Bu, gözlərin yorğunluğunu aradan qaldıracaq ki, bu da ümumi gümrahlıq üçün önəmlidir.

Beyin qan dövranını yaxşılaşdırmanın ən asan yolu boyun fəqərəsini oynatmaqdır. Sağa və sola 5-6 dairəvi hərəkət, bir neçə dəfə başı önə-arxaya, sağ və sol çiyinə əymək kifayətdir. Boyunu da masaj etmək yaxşı nəticə verəcək. Bu hərəkətlərlə işdən sonra əyləncə üçün də güc yığa bilərsiniz.

Kişilərin sino getdiyi seksual özünəinam
ANKET

Doğulduğu yer: Memfis, Tennesi

Yaşı: 30

Son rolu: “Vaxt” filmində Will Salas

Romantik statusu: Subay

Kişilərin bir çoxu kimi, 30 yaşlı super ulduz Justin Timberlake də (son dəfə onu keçən ay “Vaxt” filmində görə bildik) özünə güvənən qadınları sevdiyini etiraf edir. Justinin məsləhətlərindən istifadə et. O, söz verir ki, bundan sonra bütün kişilərin sənin üçün ürəkləri gedəcək.

HEÇ NƏYİ VECİNƏ ALMA

“Digər insanların ondan xoşu gəlib-gəlmədiyini vecinə almayan qızlardan çox xoşum gəlir. O özü kimi olmaqdan həzz alır və digər insanlar onu ya olduğu kimi qəbul etməli, ya da onunla heç danışmamalıdır”.

AÇIQ-SAÇIQ ZARAFATLARDAN BOYUN QAÇIRMA

“Yeri gəldikcə özü də açıq-saçıq lətifələr danışan gözəl xanımlardan yaxşı heç nə ola bilməz. Bu hər kişinin gizli fantaziyasıdır”.

ÖZ ÜSLUBUNU BİL

“Yalnız kişilərin xoşuna gəlmək üçün geyinən qadınlar, zənnimcə, itici görünürlər. Mənim daha çox sırf özünə aid üslubu olan və özünü rahat hiss etdiyi paltarlar geyən qızlardan xoşum gəlir”.

YENİ TƏCRÜBƏLƏRƏ AÇIQ OL

“Yeniliklərə daim açıq olan və hər şeyə “mız” qoymayan qızlar,

məncə, çox cəlb edicidir”.

ONUN BOYNUNA AT

“Hər şeyi əvvəlcədən planlaşdırmaq və hər şeyi nəzarət altında saxlamaq istəyən qadınları anlamıram. Hərdən sevgilinə də imkan ver ki, sənə sürprizlər hazırlasın”.

EMOSİONAL OL

“Mənim bir anam artıq var – hər zaman mənə nə edəcəyimi söyləyən sevgili isə istəmirəm. istədiyim tək şey, öz hisslərini göstərməkdən və onlar haqqında danışmaqdan qorxmayan bir qızdır”.

OĞLANLARIN ARASINDA “XANIM” QALMAĞA ÇALIŞ

“Oğlan dostlarıyla zaman keçirərkən onlardan biri olmağa çalışmayan qızları çox bəyənirəm”.

ONA SƏHVLƏRİNİ GÖSTƏR

“Mən inanıram ki, qadınlar kişilərdən daha çox inkişaf edib və daha ağıllıdırlar. Bilirəm ki, kişilər səhv buraxarkən, sən çox hirslənirsən. Amma ona münasibətlərinizdəki buraxdığı səhvləri sakitcə izah etsən, o, dərhal öz səhvlərini düzəltməyə çalışacaq”.

—BETHANY HEITMAN

Şou-Biznesdə ilk meyxana deyən qız
Səidə Sultan üslubunu dəyişir

Müğənni Səidə estradadan bir şey çıxmadığını görüb meyxanaya keçdi:

Çoxdandır meyxana oxumaq istəyirdim. Amma evdəkilər qoymurdular ki, ayıbdı. Nəhayət, bir dəfə efirdə meyxana dedim. Ondan sonra kim məni harada gördüsə, bəyəndiyini dedi. Qərara gəldim ki, bundan sonra meyxana oxuyum. Yəqin ki, Azərbaycanda meyxana deyən ilk qadın mən olacağam. Kim bilir, bəlkə adım tarixə də düşdü. insanların ikiüzlülüyündən, yalançılığından bezən Səidə «Maska» adlı bir mahnı hazırlayıb: mahnımı ikiüzlü insanların heç bəyənəyəcəklərini bilirəm.

İncə maraqlı Elnarə
Xanımların hamısı Elnarəni çox gözəl tanıyır. Cəmiyyəti narahat edən problemlərin müzakirəsi ilə  hər şənbə tamaşaçıların gözünü oxşayan Elnarə Təhməzova, gözəllik, uğur, dəyərlər haqqında öz fikirlərini oxucular ilə bölüşür.

Elnarə incə maraqların hamısına cavab tapıb?

Özümlə bağlı hələ çox incə maraqlar var ki, cavab tapmamışam. Amma ümumilikdə həyatın İncə maraqlarının nədən ibarət olduğunu dərk edirəm. Və hər kəsə demək istəyirəm ki, doğrudan da gözəl yaşamaq İncəlik tələb edir.

Bizim xanımların zövqünü necə qiymətləndirirsiniz?

Bizim xanımlar deyərdim ki, yer üzünün yaşa dolduqca gözəlləşən ən zərif xanımlarıdır. Amma qara rəngə üstünlük verməyimizi bəyənmirəm. Xanım mütləq baxımlı olmalıdır. Gözəlliyinizi bəyləriniz üçün deyil, ilk öncə özünüz üçün düşünün.

Siz daha çox sizə yaraşanı, yoxsa dəbdə olanı geyinirsiniz?

Mənim öz stilim var. Əksər hallarda tərzimə uyğun olanı geyinirəm. Bəzən isə dəblə də ayaqlaşıram.

Hansı geyim stilinə üstünlük verirsiniz?

Hər zaman idman stilində geyim xoşlamışam. Nədənsə qarderobum da, klassik geyimlər daha çoxdur. Və insanlar da, məni daha çox klassik geyimdə görürlər. Amma klassik geyinməyim, hər zaman makiyajda olmağım demək deyil. Klassik geyinə bilərəm və tam makiyajsız.

Sizin üçün zövq ikonası kimdir?

Mehriban xanım Əliyeva.

Sizcə, qadının gözəl görünməsində pulun rolu böyükdür?

Pulun, ümumiyyətlə, həyatımızda rolu çox böyükdür. Amma etiraf edək ki, pul zövqü əvəz edə bilməz. Yəni bir insanın zövqü yoxdursa, nə qədər pulu olur olsun və bu məbləği geyimə xərcləsin, nə faydası? Bax bu zaman, heç olmasa çəkinmədən zövqlü dosta ağız açmaq yerinə düşər.

Gözəlliyinizin vurğunu olanlar yəqin ki, çoxdur. Oxucular ilə öz gözəllik sirlərinizi bölüşə bilərsiniz?

Təşəkkür edirəm. Sirr deyəndə ki, əsl gözəllik insanın daxilində olur. O zaman gözlər parlayır. Ümumilikdə isə, vaxtında yatıb qalxmaq. Özünə xüsusi yox sadə üsullarla qulluq etmək. Bir də qarşılıqlı sevgi yaşamaq lazımdır.

Tamaşaçılar sizi həmişə formada görüblər. Heç olubmu ki, artıq kilo almısınız? Və bununla necə mübarizə aparırsınız?

Demək olar ki, 7-8 ildir mən 54-59 çəki arasında qalmışam. 59 kq yuxarı, 54 kq aşağı çəki üzünə həsrətəm. Daha çox 56 kq oluram. Bu barədə yalnız bunu deyə bilərəm. İstədiyim hər yeməyi yeyirəm. İstəyərdim çəkim 50 kq olsun. Bu çəkidə necə görünəcəyim mənə çox maraqlıdır.

Deyirlər, qadın yalnız çox sevdiyi şəxsdən ayrılandan parfümünü dəyişir. Siz bu deyimlə razısız?

Ümumiyyətlə, parfümü tez-tez dəyişirsiniz, yoxsa sadiq qaldığınız ətir var?

Mənim parfümlərim çox və fərqlidir. Bəzən isə bir neçə ətri uyğunlaşdırıb qarışıq şəkildə vururam. Sevgi bitəndə məncə stressi atmağın ən asan yolu bir müddət yalnız qalmaqdır. Nə parfüm dəyişmək, nə saçı qısa kəsdirmək buna kömək ola bilməz. Sevin və ayrılmayın.

Qazandığınız an böyük uğur… Yoxsa o hələ irəlidədir?

Düşünürəm ki, işimdə yetərincə uğurum var. Çox şükür. Amma uğur nə qədər bol olarsa, bu sənin bacarıqlı olman deməkdir. Uğur bitdisə, günahı özümüzdə axtarmalıyıq.

Sizin bir çox həmkarlarınız seriallarda çəkilir. Heç sizə belə təklif olunubmu?

Təklifi bu ilin may ayında “Xəzər TV” dən, hazırda efirdə yer alan “Qaynana” serialına almışdım. Çox istədim özümü sınayım, amma ailəmlə bu məsələdə razılaşa bilmədik. Maraqlıdır, işimlə bağlı mənə son illər, ümumiyyətlə, heç bir kəlmə deməyən atam, seriala “olmaz” dedi. Bəlkə uzun fasilədən sonra yeni bir işdir, bizdə bu serial məsələsi, zamanla alışarıq. Gələcəkdə uyğun bir rol təklifi alıb razılaşarıq. Görək də, qismət.

Müsahibələrinizin birində “biz əla bir cəmiyyətdə yaşayırıq ki, insanlar hələ da kompleks içindədirlər” demişdiniz. Sizcə, bunun səbəbi nədir?

Hər hansı bir kompleksi atmaq üçün bizə illər lazımdır, misal üçün 10 il. Biz nəyisə görürük, bəyənirik, amma özümüzə gəldik də, olmaz düşünürük. Bax, budur, bizi gecikdirən hər bir işdə. Kompleksi yaradan insandır, cəmiyyətdən gəlmir bu. İlk əvvəl insan özü atmalıdır kompleksi.

Kənardan çox mehriban, mərhəmətli insan kimi görünürsünüz. Siz hansı hərəkətinə görə sevdiyiniz insanı bağlaya bilməzsiniz?

Sevdiyimi bəlkə xəyanətə görə də bağışlayaram. Sevgi mənim üçün başqa varlıqdır. Əsas odur ki, qarşılıqlı olduğu hiss olunsun. Səhvlər hər kəsdə olur.

Belə gözəl bir xanımın ürəyini fəth edə biləcək şəxs necə olmalıdır?

Məni sevib diqqət göstərmək kifayət edir. Mənə qarşı olan hisslərini hərəkətlərində göstərsin bəs edər.

İstədiyiniz xarakterli insanla ailə qursanız ev xanımı olmağa razılaşarsınız mı?

İlk əvvəl onun xanımı və bununla yanaşı evimizin xanımı olmaq, mənə yalnız zövq verə bilər

Seks qorxuları
Aysel harmoniyalı seksual münasibətlərin yolunu açıqlayır

SEKSUAL FANTAZİYALAR

Kişilərdən fərqli olaraq qadınlar daha çox fantaziya qururlar. Amma təəssüflər olsun qadınların çoxu elə düşünür ki, bu fantaziyalar barədə partnyoruna desə, o, qadını əxlaqsız sayacaq. Seksual münasibətlər eynidirsə, insan tez bezir, ona görə də yenilik gətirmək lazımdır. Əgər partnyorunuzun fantaziyanızı anlamadığından ehtiyat edirsinizsə, birlikdə erotik filmə baxın, sonra onun film barədə fikrini öyrənin. Görsəniz ki, bunları anlayır və yataqda təkrarlayır, onda fantaziyanızı da söyləyin. Əgər o, fantaziyanız barədə eşitmək belə istəməsə, onda belə partnyorun sizə lazım olub-olmadığını düşünün.

ARZUOLUNMAZ HAMİLƏLİK

Əlbəttə, hamiləlik həmişə arzu olunan olmur. Gözlənilməz hamiləlik bütün həyatınızı dəyişə bilər, planlarınız alt-üst olar. Odur ki, yaxşı fikirləşin. Hamilə qalmaq qorxusunu qorunma vasitələri haqqında öyrənməklə və əlbəttə ki, onlardan istifadə etməklə dəf edə bilərsiniz.

BALACA DÖŞ VƏ XOŞAGƏLMƏZLİK

Ölçü hələ gözəl demək deyil. Əsası forma və elastiklikdir. Xoşa gəlməzliyə gəldikdə isə, çox vaxt supermodellər do xarici görünüşündən narazı olur. Hər bir qadının çatışmazlığı olduğu kimi, üstünlüyü də var. Ya bununla barışmalı, ya da üzərinizdə çox işləməlisiniz. Bəzi qızlar ideal olaraq qlamur jurnalların üz qabıqlarındakı modelləri görür və bədənlərindən utanırlar. Qızlar özlərində çatışmazlıq tapır və ondan utanırlar. Bu qorxunun əmələ gəlməsində kişilər günahkardır. Çünki kinoya baxanda ulduzları tərifləyirlər. Ona görə də kişilər danışıqlarına diqqət yetirməli və yanında olan xanımın gözəlliyini vurğulamalıdırlar.

ORQAZMLA BAĞLI ÇƏTİNLİK

Təəssüf ki, kişilərin az hissəsi partnyorlarına həzz verməyi qarşısına məqsəd qoyur. Nəticə acınacaqlıdır. Qadında orqazma çatmayacağı qorxusu yaranır. Seksoloqlar məsləhət görürlər ki, kişilər əvvəlcə qadını əzizləməklə orqazma çatdırmalı, sonra cinsi əlaqəyə girməlidir.

CƏLD SEKS

Qadın kişiyə nisbətən daha gec ehtiraslanır, ona görə də sürətli intim əlaqə yuxarıda qeyd olunan qorxuya gətirib çıxarır. Qədim Çin və hind sevgi əsərlərində yazılır ki, cinsi əlaqədən əvvəlki “oyun” ondan zamanına görə 3-4 dəfə çox olmalıdır.

TƏHQİR

Elə kişilər var ki, qadına yataqda pis olduğunu söyləyir. Bu ondan irəli gəlir ki, kişi qadına həzz verə bilmir. Kişi partnyorunu alçaltmaq istəyəndə belə sözlər söyləyir.

PARTNYORUN XƏYANƏTİ

Bu qorxunun bir neçə səbəbi var: vərdiş olunan həyat axarının dəyişməsi; boşanma təhlükəsi (boşanmış qadın ətrafdakıların gözündə hörmətdən düşür); zöhrəvi xəstəliklərə tutulma.

Sona: Hüseyn mənim işimə qarışa bilməz
İyun ayındakı boşanmanın üstü yarım il sonra açıldı

Artıq 1 il idi ki, reper Hüseyn Dərya ilə həyat yoldaşı Sonanın ayrılması barədə xəbərlər dolaşmaqda idi. Lakin Sona hər vəchlə ailəsini qorumağa çalışaraq, bu xəbəri təkzib edirdi. Hər dəfə “Hüseynlə boşanmısızmı?” sualına qətiyyən “yox” deyən, hətta ötən saylarımızda ikinci dəfə ana olmaq istədiyini bildirən Sona sən demə, el gözünə belə edirmiş.

Araları möhkəm dəyən cütlük iyun ayında rəsmi olaraq ayrılıb. Sonanın dediyinə görə, ərizəni məhz özü verib. Artıq neçə vaxtdır Sona övladı ilə anasıgildə, Hüseyn isə öz ailəsinin yanında yaşayır. Hüseyn neçə vaxtdır onu danışdırmayan və qəbul etməyən ailəsi ilə barışıb. Sakitcə ayrıları, bu haqda mətbuata informasiya sızdırmamaq qərarına gələn keçmiş ər-arvad indi ayrılıqda öz həyatlarını qurmağa çalışır. Sona Hüseynlə sivil qaydada, problemsiz boşandığını və onun oğlunu görməsinə şərait yaratdığını deyir. İndi Sona öz arzularını gerçəkləşdirməyə başlayıb. Özü də mahnı ifa edib, özünü müğənni və aktrisa kimi sınamaqla.

Uşaqlıqdan aktrisa olmağı arzulayan Sona heç nəyə baxmayaraq, sənətlə məşğul olmaqda iddialıdır. Əvvəlcə rəfiqəsinin bəstələdiyi və özü üçün ifa etdiyi mahnını üzə çıxarmağa hazırlaşan Sona Hüseynin sərt təpkisinə hazırdır: “Bilirəm ki, razı olmaz, etiraz edəcək. Artıq xəbərlər ona çatıb. Amma Hüseynin mənim üzərimdə heç bir məsuliyyəti və haqqı yoxdur. O, mənim seçimimə qarışa bilməz. Biz ayrılmışıq”. Əgər hadisələr bu axarla davam etsə, yaxın zamanda Sona Hüseynlə eyni sahədə – şou-biznesdə olacaq.

Qış mövsümünün saç kəsimi dəbi
Dünyanın tanınmış stilistləri qış mövsümünün ən dəbli saç kəsimləri haqqında məlumat veriblər. Belə ki, qısa, dağınıq saçlar 2012-ci ilin qış mövsümü dəbinə damğasını vurur.

Evdə, işdə yaxud da xüsusi gecələrdə qadınların özlərini tamamilə formada hiss etməsi hər zaman aktualdır.

Qısa saç kəsimləri isə qadınlardan böyük cəsarət istəyir. Saç spreyləri vasitərilə dağınıq saç formalarına isə zərif cinsin nümayəndələri asanlıqla nail ola biləcəklər.

Dağınıq, qabarıq, hərəkətli saçlar da mövsümün ən dəbli saç formaları olduğunu deyən stilistlər onu da qeyd ediblər ki, saçlar nə qədər təbii görünərsə sahibini bir o qədər baxımlı göstərər.

Düz saçlara sahib olan xanımlar təpədən başlayaraq qalın, hamar, əyri tel kəsdirə bilərlər. Telsiz də saxlamaq olar.

Stilistlər 2012 – ci ilin dəbi olaraq gəlin namizədlərinə əsasən uçuq – havalı saç modellərini, müxləlif formalardan ibarət, retro-stildə, həmçinin hündür formalı saç düzümləri tövsiyyə edir.

Gəlinlik nə qədər mürəkkəb görünüşə malik olarsa, saç düzümü də bir o qədər sadə və təbii olmalıdır. Unutmaq lazım deyilki, dəbə uyğun olub-olmamasından asılı olmayaraq saç düzümü həm gəlinlik, həm də gəlin namizədin üz quruluşu ilə harmoniya yaratmalıdır.

2012-ci ilin saç düzümündə professionallar mürəkkəb quruluşa malik böyük həcmli və güclü fiksasiya edilmiş formalardan uzaq durmağa çalışırlar. Dəbdə təbii və axıcı saç düzümləri olacaqdır. Bu saç düzümü dəbdəbəli, işləməli gəlinliklə daha gözəl görünəcəkdir. Saçlar isə ideal görünüşdə- sağlam, parlaq və canlı olmalıdır.