Fırında səbzəli küftə

səbzəli küftə
loading...

Fırında səbzəli küftə qiyməli yeməklərin içində ən faydalısıdır. Günorta yeməyi üçün ideal seçimdir. Çox zaman sərf etmədən həm gözünüzü, həm də Sizi doyuran bir yemək hazırlayacaqsınız.

4 nəfərlik Bişmə müddəti 25 dəqiqə

İçindəkilər:

  • 2 ədəd badımcan
  • 2 qabaq
  • 4 pomidor
  • 3 soğan
  • 300 qr dana qiyməsi
  • 2 dilim boyat çörək içi
  • 30 qr marqarin
  • Duz
  • qara bibər

Hazırlanması:

Badımcan və qabaqların uc qisimlərini kəsib, halqa şəklində doğrayın. Badımcan dilimlərinin acısını almaq üçün duzlu suda 10 dəqiqə gözlədib süzün. Pomidorları halqa şəklində dilimləyin. Soğanları soyub doğrayın.

Çörəkləri suda yumşaldıb ovun. Qiymə, çörək içi, soğan, duz və qara bibəri qaba qoyub yoğurun. Cəviz böyüklüyündə qiymə qarışığını alıb əlinizlə yuvarlayıb yastılaşdıraraq səbzələrlə eyni böyüklükdə küftələr hazırlayın. Sırayla badımcan, qabaq, küftə və pomidor dilimlərini çox az meyilli – üst-üstə gələcək şəkildə istiyə da-yanıqlı keramik fırın qabına sırayla düzün. Üzərinə kiçik kəsilmiş marqarin parçalarını səpin.

Öncədən isidilmiş 170 dərəcəlik sobada 25 dəqiqə bişirib çıxarın. Qızardılmış kartofla servis edin.

loading...
Şərh yaz