Gəlin paltarı modelinə görə xarakteriztikanız

loading...

İllərdir geymək üçün həyəcanla gözlədiyiniz, toy əvvəli diqqətlə seçdiyiniz gəlinliyinizin əslində xarakterinizi ələ verdiyini bilirdiniz mi? A seqmentdən qısa ətəklərə, qabarıq ətəklərdən balıq modelə qədər bir çox gəlin paltarı stili əslində sizi və toyunuzun detallarını əks etdirir.

Xanım.net olaraq gəlin paltarı seçimlərinizin əks etdirdiyi gizli xüsusiyyətləri sizin üçün araşdırdıq. Elə isə gəlin paltar modelinə görə xarakteriztikanıza nəzər salaq:

A-biçimli gəlin paltarıa-gelinlik

  • Fərdi xüsusiyyətləriniz: Ənənələrə sadiq bir quruluşunuz var. Həmişə stillə geyinmiş kimi görünməyi sevirsiniz, amma əsla əndazəni aşmırsınız.
  • Toyunuz: Klassik bir toy. Uzun duvaq və güllər sizin toyunuzun bəzəyidir.

Qabarıq ətəkli gəlin paltarıqabariq

  • Fərdi xüsusiyyətləriniz: Romantik quruluşunuz var. Bəyin sizi gəlin paltarı ilə görəcəyi ilk anı səbirsizliklə gözləyirsiniz.
  • Toyunuz: Nağıllardakı şahzadə toyunu xəyal edirsiniz. Vintaj detallar, klassik bir gəlin avtomobili sizin toyunuzun arzu olunan ən vacib detalıdır.

Beldən kip olan bir az qabarıq ətəkli gəlin paltarıları

qabarıq ətəkli gəlin paltarıları

  • Fərdi xüsusiyyətləriniz: Azad ruhlu, əyləncəni sevən və şən bir quruluşunuz var.
  • Toyunuz: Toyunuz üçün möcüzə bir after party, möhtəşəm musiqilər, ləziz yeməklər və şahanə dekorasiya xəyal edirsiniz. Qonaqlarınızı rəqs meydançasını tərk etməyə heç imkan verməyəcəksiniz.

Balıq model gəlin paltarılarıbaliq

  • Fərdi xüsusiyyətləriniz: Özünüzə güvənirsiniz və nə istədiyinizi hər zaman çox dəqiq bilirsiniz. Az da olsa dəbdəbəni sevirsiniz.
  • Toyunuz: Toyunuza gələn qonaqlarınız dekorasiyanın ehtişamından gözlərini çəkə bilməyəcək. Böyük şamdanlar, işıltılı çilçıraqlar və qəşəng masa nizamı hər kəsi ovsunlayacaq.

Dar və düz model gəlin paltarıdar

  • Fərdi xüsusiyyətləriniz: Sakit, özündən əmin və havalı bir duruşunuz var.
  • Toyunuz: Olduqca zərif və elegant detallar, sizin üçün imtina edilməzdir. Qüsursuz bir görünüş və təbii gözəllik, toyunuzun ana təməlini təşkil edəcək.

Topuqda bitən, qabarıq ətəkli gəlin paltar modeliDar və düz model gəlin paltarı

  • Fərdi xüsusiyyətləriniz: Zərifliyin nümayəndəsi Audrey Hepburnun stilindən ilham alırsınız. Orijinal və fərqli gəlin paltarılar sizə görədir.
  • Toyunuz: Gözlənilməz və elegant bir toy istəyirsiniz. Ancaq sizə məxsus detalların da olmasını istəyirsiniz.

Qısa gəlin paltarları

qisa-gelin-paltari

  • Fərdi xüsusiyyətləriniz: Tam bir şəhər qadınısınız! Gəlinliyə çox pul verib toy sonrası bir küncə atmaq yerinə başqa dəvətlərdə də geyə biləcəyiniz bir paltar almaq istəyirsiniz. Buna görə qısa ətəkli, ağ bir paltar seçimi tam sizə görədir.
  • Toyunuz: Sadə, sofistik detallar və tamamilə müasir bir toy sizi qane edir.
loading...
Şərh yaz