Gicitkən otu şorbası

1234
loading...

Gicitkən otunu çox sevirəm – daxil olduğu yeməklərə inanılmaz ləzzət qatır. Doğulub boyabaşa çatdığım Qax rayonunda hər 2 evdən birində mütləq gicitkən otundan dəyişik tərkiblərdə yemək bişirilir. Yəni bizim damaq dadımıza yad dad deyil.

Türkiyənin mətbəx kültüründə gicitkən otunun özünəməxsus yeri var. Daha çox şorba tərkiblərində istifadə edilir. Sizə təqdim etdiyim şorba Oqtay Usta üsulu ilə hazırlanan şorbadır. Mən çox bəyəndim. Sizin də bəyənəcəyinizdən əminəm.

İçindəkilər:

  • 500 qr gicitkən otu
  • 1 quru soğan
  • 2 xörək qaşığı qaynadılmış buğda
  • (buğdanın yerinə 2 xörək qaşığı iri bulqur da istifadə edə bilərsiniz).
  • 1 stəkan qatıq
  • 2 diş sarımsaq
  • 1 xörək qaşığı un 1 çay qaşığı duz 5 stəkan ət suyu və ya su 1 yumurta
  • 3 xörək qaşığı kərə yağı

6 nəfərlik Bişmə müddəti 30 dəqiqə

Hazırlanması:
Gicitkəni bol suyla yuyub, incə-incə doğrayın. Qazana öncə 2 xörək qaşığı kərə yağını, doğradığınız soğanı, sarımsaq və gicitkən otunu əlavə edib qovurduq-dan sonra qaynadılmış buğdanı əlavə edib qarışdırın. (Buğdanın yerinə bulqur əlavə etdiyinizdə isə, bulquru qaynatmağa gərək yoxdur. Sudan keçirdikdən sonra bir başa əlavə edə bilərsiniz).

5 stəkan ət suyunu əlavə edib, zəif ocaqda qaynadın. Digər tərəfdə yumurtanı, unu və qatığı yaxşıca qarışdırın. 1 xörək qaşığı kərə yağını kiçik qazana qoyub, üzərinə qarışdırdığmız sousu əlavə edib, qarışdıraraq bişirin, qaynamaqda olan şorbaya yavaş-yavaş əlavə edin.

Qısıq ocaqda 10 dəqiqə daha bişirib ocaqdan alın. İsti-isti servis edin.
Qeyd: Bu şorbaya quru nanə və qırmızı pul bibər ayrıca ləzzət verir. Vegeteriyanlar ət suyu yerinə su əlavə edərək bişirə bilərlər.

loading...
SHARE
Şərh yaz