Ginekoloqu ən son nə zaman ziyarət etmisiniz?

loading...

Hər bir qadının şikayəti olub olmamasından  asılı olmayaraq ildə 2 dəfə ginekoloq müayinəsindən keçməsi vacibdir. Bu onunla bağlıdır ki, ginekoloji xəstəliklərin bir çoxu endometrioz, mioma və s. simptomsuz keçərək uşaqlıq yolunun xərçənginə gətirib çıxa bilər.

  • Qaşıntı, qıcıqlanma, cinsi orqanlardan ifrazat. Normalda ifrazat şəffaf, qoxusuz, rəngsiz olaraq qadına heç bir diskomfort hissi verməməlidir. İfrazatın miqdarı menstrual tsikldən asılıdır. Menstruasiyadan sonra az, tsiklin ortasında çox, tsiklin sonunda isə ağ rəngli, qeyri şəffaf olur. İfrazat qaşıntı və ya qıcıqlanma hissi yaradarsa bu xlamidioz, kandida, bakterial vaqinoz kimi xəstəliklərin yaranmasına siqnal ola bilər.
  • Menstrual tsiklin pozulması. Normada menstrual tsikl 21-35 gün arası davam edir, bunlardan 3-7 gün menstruasiya günləridir. Menstruasiyanın uzun müddət olmaması həkimə müraciət etmək üçün əsas səbəbdir.  Ağır fiziki əmək, stres və ya pəhriz  menstruasiyanın uzun müddət olmamasına gətirib çıxara bilər.
  • Cinsi partnyorun tez-tez dəyişməsi. Bir çox cinsi infeksion xəstəliklərin əmələ gəlməsi  cinsi partnyorun tez-tez dəyişdirilməsi ilə əlaqələndirilir. Bu infeksiyalardan ən çox yayılanı isə Papiloma virusudur. İlk baxışdan zərərsiz görünən bu virus gələcəkdə bir çox ciddi xəstəliklərə, məsələn uşaqlıq boynunun xərçəngi kimi xəstəliklərə yol aça bilir.
  • Hamilə qala bilmirsinizsə. Qadın qorunmadan 12 ay əzində hamilə qala bilmirsə bu ginekoloqa müraciət etmək üçün vacib səbəbdir.
  • Ginekoloqu planlı şəkildə ziyarət edin. Həkimə problem yarandıqda deyil, simptomları hiss etdikdə müraciət etmək lazımdır. Bir çox xəstəliklər isə bəzən simptomsuz keçir və xəstənin vəziyyəti ağırlaşdıqdan sonra ona kömək etmək çətin olur. Buna görə ildə 2 dəfə ginekoloq müayinəsindən keçin. Bunu edin ki, onkoloji xəstəliklərin əmələ gəlməsinin qarşısını alasınız.

 

loading...
Şərh yaz