Göbələk bulyonu

1234
loading...

Zəruri ərzaqlar:

Yaxşı göbələk bulyonu hazırlamaq üçün iri və xırda qurudulmuş göbələklər götürmək lazımdır – 50 qr.

Ağ qurudulmuş göbələyi yaxşıca təmizləyib, soyuq suda yu-maq, sonra 4 saat ərzində yeddi qat çox soyuq suda saxlamaq. İsladılmış göbələkləri həmin sudaca 1,5-2 saat qaynatmaq. Qaynadılmış göbələklər şişir və kütləsi 2 dəfəyədək artır.

Göbələkləri süzgəcə qoyub yaxşıca yumaq. Qumun çökməsi üçün bulyon soyudulur, sonra onu ehmalca süzürlər. Hazır göbələk bulyonu açıq qəhvəyi rəngə və ətirli dada malikdir. Göbələk bulyonunu daha çox qatılaşdırılmış şəkildə qaynadırlar və qaynadılmış su ilə lazımi konsistensiyaya çatdırırlar.

loading...
SHARE
Şərh yaz