Göbələkli qaraciyər sote

Göbələkli ciyər sote
loading...

Türkiyədə Arnavut ciyəri adı ilə tanınan, müxtəlif bişirmə metodu olan yemək çeşididir. Klassik tərifdə sadəcə ciyər qovurması var. Məncə, bu yeməyə yaradıcılığımı qataraq daha da rəngarəng etdim. Göbələklə, qaraciyər bir yerdə inanılmaz ləzzətli olur.

Bişirin, siz də əmin olun.

6 nəfərlik Bişirmə müddəti 45 dəqiqə

İçindəkilər:

  • 1 dana ciyəri
  • 3 ədəd quru soğan
  • 1 paket şampinyon göbələk
  • 3 yemək qaşığı duru yağ
  • 2-3 ədəd uzun
  • şirin yaşıl bibər
  • düz
  • qara bibər

Hazırlanması:

Ciyəri yaxşıca təmizləyin, yuyun sonra kub şəklində doğrayın. Göbələkləri yuyun, təmizləyin doğrayın. Sonra göbələkləri qazana alın, kiçik qəhvə fincanında su əlavə edin.

Göbələklərin suyu çəkincəyə qədər bişirib ocaqdan alın. Soğanları soyun, xırda doğrayın. Geniş bir tava götürün yağı qızdırın və soğanları yağda 2-3 dəqiqəyə qədər qovurun. Üzərinə ciyəri əlavə edin. Tez-tez qarışdıraraq suyunu çəkincəyə qədər bişirin. Bibərləri yuyun, toxumlarını çıxarın və doğrayın. Doğradığınız bibərləri və bişirdiyiniz göbələkləri tavadakı ciyərə əlavə edin və bir-iki əl qarışdıraraq bişirməyə davam edin.

Bibərlər bişdikdən sonra duzunu, qara bibərini əlavə edin. Və ocağı söndürün. Kartof qızartması və ya kartof püresi ilə servis edin.

loading...
Şərh yaz