Göyərtilərin daha asan və təmiz yuyulma qaydası

loading...

Daha çox salatlarda istifadə etdiyimiz, süfrələrimizin vazkeçiləməzi olan, eyni zamanda sağlam bəslənməyimizə dəstək verən göyərtiləri təmizləmək, bəzən çox çətin olur. Bu səbəbdən Xanım.net olaraq sizin işinizi asanlaşdıracaq və göyərtiləri ən yaxşı şəkildə təmizləmənizdə köməkçi olacaq məlumatlarımızı sizinlə paylaşmağa qərar verdik.

İlk öncə göyərtilərin sap hissələrinin uclarını bıçaq köməyiylə kəsib atmalısınız. Bu qisimlər çox palçıqlı olur.

Daha sonra axan suyun altında bir dəfə yuyub, dərin bir qabın içinə yığmalısınız. Qabın içinə su və sirkə qoyaraq təxminən 5 dəqiqə bu şəkildə gözlədirsiniz.

Bu vasitə ilə göyərtilərin üzərində olan toz, qum, torpaq və kiçik yaşıl qurdları məhv etmək üçündür.

Ardından yaşıllıqları sirkəli sudan çıxarıb təkrar axan suyun altında yumanızı və ikinci bir su dolu qabın içində saxlamağınızı tövsiyə edirik.

Göyərtilərin çox yaxşı təmizlənməsi lazımdır. Yoxsa mədədə və bağırsaqlarda müxtəlif xəstəliklər yarana bilər.

Xüsusilə iri yarpaqlı göyərtilərin yarpaqlarının, tək-tək axan suda yuyulması şərtdir. Çünki iri yarpaqlı olanlarda böcək olma ehtimalı yüksəkdir.

loading...
SHARE
Şərh yaz