Göz altı torbaları

Göz altı
loading...

Göz altı torbaları, bənövşəyi halqalar, qaz ayaqları və yaşlanma əlamətləri olan qırışlar göz ətrafınızda istəmədiyiniz bir görünüş meydana gətirə bilər. Göz ətrafınızın daha sağlam və gözəl görünməsi üçün xüsusi baxım təklifləri …

Göz ətrafı kremlərinizi doğru istifadə etmək

Çox vaxt edilən səhvlərdən biri də üzünüzə tətbiq etdiyiniz kremi göz altına da çəkməkdir. Üzünüzdəki həsasiyətlə göz ətrafındakı həssaslığın eyni olmadığını unutmayın və göz altına ayrı bir baxım kremi tətbiq edin. Baxım kremini göz ətrafına tətbiq edərkən də yumşaq və yumru barmaq hərəkətləriylə kremi göz ətrafınıza yedirin.

Makiyajınızı təmizləmədən yatmayın.

Gözlərin diqqətə çarpan olması üçün etdiyimiz makiyaj stilində tətbiq işıqlandırıcı, far, göz qələmi, tuş kimi məhsulların uzunca bir müddət dəridə qalmaması lazımdır. Yatmadan əvvəl mütləq makiyaj silinməlidir. Bunu vərdiş halına gətirmək dəri üçün xüsusilə də göz ətrafı üçün olduqca əhəmiyyətlidir.

Göz altı torbaları kabusunuz olmasın

Göz altındakı torbalar çox vaxt genetik faktorlardan qaynaqlanır, amma bir çox göz ətrafı problemində olduğu kimi yuxusuzluq da əhəmiyyətli bir faktordur. İndiki vaxtda göz altı toxumasını dartmaq üçün müxtəlif estetik əməliyyatları mövcuddur. Estetik əməliyyat etdirmək istəməyənlər üçün evdə gündəlik tətbiq bəzi baxım müalicələri cazibədar gələ bilər. Məsələn kartof və xiyarın dəri möhkəmləşdirici xüsusiyyəti göz altlarında da istifadə edilə bilər. Ya da dəmlənmiş soyudulmuş çay paketləri də göz altında gözlədilə bilər.

Stressiz və sağlam bir həyat

Göz altlarında zamanla rəngli tünd ləkələr ya da bənövşəyiliklər meydana gələ bilər. Bu rəng dəyişmələri və bənövşəyiliklər bəzən bir xəstəliyin əlaməti olduğu halda bəzən də stress, yuxusuzluq, həddindən artıq yorğunluq, və yaşlanmağa bağlı kollagen əskikliyindən qaynaqlana bilər. Bele hallarda dərinin müxtəlif problemlərinin korreksiyası üçün kimyəvi pilinqlərdən istifadə olunur.

loading...
SHARE
Şərh yaz