Göz altında “fənər”

loading...

Həyatımız boyu hər birimiz bir yerə dəyərək vücudumuzda göyərtinin əmələ gəlməsinin şahidi olmuşuq. Gözün altındakı “fənər” isə heç də xoş olmayan bir haldır.

Göyərti (qematoma) – dəridə kiçik damar zədələnməsi nəticəsində yaranan qan sızmasına deyilir.  Göyərti sağaldıqca rəng çalarlarını dəyişir. Bu müxtəlif piqmentlərin parçalanması nəticəsində əmələ gəlir.

Qematomanı necə müalicə edək

Göyərti leykositlərin köməyi ilə solaraq yox olur. Reklam edilən bütün tibbi vasitələr məhz zədə almış yerə leykositlərin cəlb edilməsinə xidmət edir. Buna görə göyərtinin qarşısını almaq onu müalicə etməkdən daha yaxşıdır.

1. Zədə alan kimi əzilmiş yerə əski parçasına bükülmüş buz qoyun. Bu damarların spazmasına gətirəcək və onlardan qan çıxmasına imkan yaratmayacaq.

Vacibdir: qar və ya buzu bir başa dəriyə qoymaq olmaz və soyuğu 10-15 dəqiqədən artıq saxlamaq olmaz.

2. Bir gün sonra leykositləri cəlb etmək üçün zədə almış yerə torbada qızıdırılmış duz, ütü ilə isidilmiş əski parçası qoymaq lazımdır.  

Vacibdir: gözün altında yaranan fənərə istihal heç bir şey qoymaq olmaz. Bu zaman gözə qan sıza bilər.

3. Yaranın tez sağalması üçün C və K vitaminləri qəbul edin. Qırmızı meyvələrdən bol-bol yeyin.

Göyərtini xalq təbabəti ilə yox edək.

Bu halda ən yaxşı və genişyayılmış vasitə bodyaqa otudur. Apteklərdən alınmış hazır tozu 2:1 nisbətində su ilə qarışdırın və göyərtinin üzərinə sürtərək, quruyana kimi saxlayın. Daha sonra su ilə yaxalayın.

Unutmayın: Bodyaqanı üzə və gözətrafı nahiyələrə sürtmək olmaz. Bu halda alergiya yarana bilər və dəridə dermatit yaranma qorxusu var.

Əldə və ayaqda yaranan qematomanı kalendula yaxşı aparır. Cəfərini də əzərək zədələnmiş yerə qoysanız faydasını görəcəksiniz.  Ən asan vasitə isə yoddur. Bundan başqa zədə almış yeri araqla kompress edib, üzərinə polietilen qoyub 20 dəqiqə saxlasanız yaranız tez bir zamanda keçəcək.  Duz kompresi (100 ml suya 10 qram duz) həmçinin qematoma ilə mübarizədə əla vasitədir.

Dərman vasitələrindən göyərtiyə qarşı “Troksevazin”, “İndovazin” və “Lioton” məlhəmlərindən geniş istifadə olunur. Unutmayın göyərtinin tam keçməsi 1-3 həftə vaxt ala bilər və sadalanan vasitələr göyərtinin tez sağalmasına kömək edir.

Şərh yaz